Ağdam təhsil şefinin adı “MTN işi”ndə - Cinayət dosyesi, sensasion detallar...
Ağdam Təhsil Şöbəsi müdiri Mətanət Misirxanovanın adı bu dəfə MTN işi üzrə məhkəmədə keçir.
Cahan.info xəbər verir ki, təhsil şöbəsi ilə bağlı sensasion faktların üstü açılıb, M.Misirxanova barəsində ifşaedici məqamlar yer alıb.
Təqsirləndirilən Ağdamın Yüzbaşı kənd məktəbinin riyaziyyat müəllimi Vüsal Əliyevin anası Hüsürə Əliyeva criminal.az-a bildirib ki, hər şey oğlu Vüsalın işlədiyi məktəbdəki özbaşınalıqla bağlı yazdığı şikayətlərdən başlayıb:

Hələ oğlunun həbsindən əvvəl Yüzbaşı kənd orta məktəbindən şikayətlər etsələr də, Təhsil Nazirliyinin Tərtər Regional İdarəsində ört-basdır edilib.
Onun fikrincə, regional şöbə öz vəzifəsinin öhdəsinən vaxdında gəlsəydi, Ağdam təhsilində qanunsuzluqlar belə baş alıb getməzdi:
“Ağdam Təhsil Şöbəsinə 2015-ci ilin noyabr ayının 16-da müdir təyin edilmiş Misirxanova Mətanət həmin vəzifəyə gətiriləndən sonra Ağdam təhsili bərbad vəziyyətə düşməyə başladı.
Təhsil naziri Ceyhun Bayramovun imzası ilə 19.03.2018-ci il tarixli K-251 nömrəli əmrdə də Ağdam təhsilinin Mətanət Misirxanova tərəfindən bərbad vəziyyətdə salınması göstərilib.
Ağdam rayonu Birinci Yüzbaşlı kənd tam orta məktəbində son 4 ildə baş verən özbaşınalıq hələ də davam etməkdədir.
Məktəbin direktoru Polad Zeynalov məktəbi ailə biznesinə çevirib. Adlarını qeyd etdiyim şəxslər hər biri bu məktəbdə müəyyən postlar tutub”. Yazıda Polad Zeynalovun yaxın qohumlarının adı təqdim edilib.
Bu faktın özü bir daha göstərir ki, Ağdam təhsili nə vəziyyətdə olub, Misirxanova hansı qanunsuzluqlara imza atıb.
Təkcə bir kənd məktəbindən nələrin baş verməsi göstərir ki, Ağdamın təhsil şöbəsi müdiri rayonda elm, biliyi nə günə qoyub.
Üstəlik, məsələ MTN işinə qarışıb. Hazırda Bakı Apellyasiya Məhkəməsində məktəb direktorunun həyətinə silah-sursat qoymaqda təqsirləndirilən şəxslərin şikayətinə baxılır.
Həmin şəxslər Ağdam rayonu Yüzbaşı kənd məktəbinin riyaziyyat müəllimi Vüsal Əliyev, onun yeznəsi Rizvan Mirzəliyev və sabiq mili təhlükəsizlik naziri Eldar Mahmudovun mətbuat qanadının üzvlərindən biri olmuş Elnur Vaqifoğludur.
Yada salaq ki, 2018 il fevralın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi birgə əməliyyat keçirib.
Əməliyatçılar 1-ci Yüzbaşlı kənd məktəbinin direktoru Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib.
Oradan 2 ədəd - "İJ” və "TOZ-8” markalı tüfənglər, 1 ədəd "Naqan” markalı tapança, 2 ədəd "F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Cahan.info xəbər verir ki, M.Misirxanova bu günə qədər Ağdam təhsilini uçuruma aparmaqda davam edir. Onun qanunsuz işlərini “sağ əli” Farid Muradovun icra etdiyi deyilir.
Farid Muradov adlı şəxs hələ rəsmi əmri gəlməmiş rayon təhsil şöbəsində "meydan sulayır". O, rəsmi əmr olarsa, Ağdam təhsil şöbəsinin müdirinin müavini vəzifəsini daşıyacaq.
Ancaq heç bir təyinat olmadığı halda F.Muradov təhsil şöbəsi müdiri Mətanət Misirxanovanın təlimatları ilə müavinlik funksiyalarını qeyri-rəsmi həyata keçirməyə başlayıb. Nə Təhsil Nazirliyinin, nə Ağdam İcra Hakimiyyətinin xəbəri var.
Ağdamdan gələn xəbərlərdə deyilir ki, M.Misirxanovanın "sağ əli" missiyasını yerinə yetirən F.Muradov məktəblərin, texnikumların, peşə liseylərinin başına bəla olub.
Onun gəldiyi gündən Ağdam təhsili ilə əlaqəli adamlar erməni ilə sərhəddə olduqlarını unudublar.
İddialara görə, F.Muradov məktəb direktorlarına "gün verib, işıq vermir". Onlardan rüşvət tələbi, əsassız pul yığımı, müəllimlərdən bu vəsaitlərin alınması ciddi narazılıq yaratmaqdadır.
Ağdam təhsilində biabırçı olaylar yenə davam edir. Bundan əlavə, məktəb direktoru olmaq üçün keçirilən müsabiqədə kim Mətanət Misirxanova ilə anlaşıbsa, o da qalib olub.
Baxça müdiri Mətanət Misirxanovanın Ağdam Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilməsindən sonra vəziyyət rəzalətə çevrilib.
Rüşvət əvvəl bir idisə, indi beşə qalxıb. Bu sahədə kifayət qədər səriştəsi olmayan xanım Misirxanova, Təhsil Şöbəsini bazar qaydaları ilə idarə edir.
Ağdam təhsil işçiləri deyir ki, martın 8-də hər bir məktəbdən 500 manatdan pul yığılıb: “135 məktəbdən 500 manat yığılanda, 67 min 500 manat edir. Bir dəfəyə bu qədər yığılan pul fantastikadır. Bir ay ərzində 87 min 750 manat rüşvət…”
Mətbuatda gedən məlumatlara görə, Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin rəisi Kənan Quliyev ona xüsusi səlahiyyət verib ki, qadın müəllimlərin əl çantasını yoxlasın, məktəb direktorunun və digər səlahiyyətli işçilərin iş otağını, seyflərini yoxlasın.
14 saylı qəsəbə orta məktəbin sabiq direktoru Elman Abbasovun qanunsuz olaraq seyfini, ciblərini corablarını yoxlayıb. Guya ordan rüşvət siyahısı taparaq direktorun işdən azad olunmasına nail oldu.
30 mart 2017-ci il tarixdə eyni əməli 10 saylı ərazi hesablaşma mərkəzinin mühasibi Mirzəyev Faiq Nurəddin oğlunun iş otağında da edib.
M.Aslanov Faiq Mirzəyevin iş otağına gələrək salam vermədən “sən rüşvət yığırsan” və sənin otağında yoxlama aparacam deyərək Faiq Mirzəyevə zor tətbiq edib.
Etik normalara əməl etmədən, iş otağındakı seyfi və şakafları icazəsiz olaraq yoxlayıb, Mirzəyevə məxsus qeydiyyat kitabını götürüb.
Yaranmış vəziyyətlə əlaqədar, Faiq Mirzəyev hüquqlarının pozulması ilə əlaqədar hüquq mühafizə orqanlarına və Təhsil Nazirliyinə M.Aslanovun qanunsuz əməlləri barədə şikayət edib. Qarşı tərəfi dinləməyə hazırıq

Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR