CƏLİLABADDA MƏKTƏBDƏ GÖRÜN NƏ BAŞ VERİR
Cəlilabadda məktəblərdən birinin zirzəmisində tülkü özünə yuva quraraq balalayıb. Dərs saatlarında yuvasında gizlənən tülkü dərsdən sonra balaları ilə siniflərdə və məktəbin həyətində gəzişir.
Qafqazpress/az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, sinif otağının döşəməsindən yuxarı qalxan tülkü partaların arasında rahatca gəzir.
Belə ki, tülkü Seyidbazar kənd tam orta məktəbinin 8-ci sinif şagirdlərinin dərs keçdiyi sinif otağının altında yuva qurub. Otağın sınıq döşəməsindən o, rahatca sinfə daxil olur. Ancaq heyvan dərs saatlarında yuvasından çölə çıxmır və buna görə də dərs prosesi pozulmur.
Məktəbin direktor müavini Naib Məmmədov deyib ki, dərs zamanı tülkünü görən olmayıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR