» » Dəhşətli etiraf: “Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar”

Dəhşətli etiraf: “Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar”

Müəllif: Səma Zərdablı
//
Tarix: 22 yanvar 2020
//
Bölmə: Dünya
 Dəhşətli etiraf: “Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar”



Türkiyədə bakteriyalaşmış toyuq ətindən dönər hazırlanır.
“Sputnik Türkiyə”nin xəbərinə görə, Türkiyədə vaxtı keçmiş, bakteriyalaşmış toyuq ətini xlorla yuyub, ondan dönər hazırlayırlar.
Bu barədə Beynəlxalq Dönər Federasiyasının (UDOFED) başçısı Mehmet Mərcan danışıb.
“Ucuz qiymətə satılan, istifadə vaxtı keçmiş məhsullar nəzarət olunmazsa, insanların sağlamlığına ciddi zərər yetirir. Ucuz qiymətə dönər növbəsinə dayanan vətəndaşlar daha sonra həkim növbəsinə dayanacaqlar”, - o qeyd edib.
O, bu halın qarşısını almaq üçün tədbir görüləcəyini deyib:
“12 saat xidmət göstərən dönərxanalarda altı saatdan bir ət dəyişdiriləcək. Çünki 12 saat şişə keçirilərək bişən ətdə bakteriyalar çoxalır və bu da xəstəliklərə səbəb olur”.
banner125x125 banner125x125