"Kaş heç oyanmazdım" - Ovannisyan
Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsun Ovannisyan ötən gün Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən Qarabağ müharibəsinin sona çatması barədə ortaq bəyanat imzalamasını qeyri-adi şəkildə şərh edib.
Qafqazpress.az xəbər verir ki, "Facebook" hesabında paylaşım edən Ovannisyan "Kaş dünən oyanmazdım", deyə bildirib.
Xatırladaq ki, Artsrun Ovannisyanın bir gün əvvəl səhhətində problem yaşandı. Yerli KİV infarkt keçirdiyini söyləsə də, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bunu təkzib edərək həmkarının aşağı təzyiqdən əziyyət çəkdiyini qeyd edib./"MediaPost"
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR