» » Böyük qalmaqal: zadəgan küçə qadını ilə evlənir

Böyük qalmaqal: zadəgan küçə qadını ilə evlənir

Müəllif: Sevinc Novruzova
//
Tarix: 23 iyun 2014
//
Bölmə: Dünya / Gündəm
Böyük qalmaqal: zadəgan küçə qadını ilə evlənir


İngiltərənin Oksfordşir qraflığındakı Kinqston Laysl Park (Kingston Lisle Park) qəsrinin sahibi, ölkənin ən əsil-nəsilli və məşhur zadəganlarından biri ser Ceymi Lonsdeyl böyük qalmaqal yaradıb.

Səbəb 55 yaşlı zadəganın özündən 23 yaşlı kiçik striptizçi qadınla evlənməyə hazırlaşmasıdır.
26 il nikahda olan xanımı hersoginya Lora Qreyqdən boşanandan bir qədər sonra Ceymi Lonsdeyl striptiz klubda rəqs edən Kristel Nayta vurulmuşdu.
55 yaşlı zadəganla 32 yaşlı Kristina indi toya hazırlaşırlar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, toy bu həftə olacaq.

Ceymi Lonsdeylin sabiq xanımı Britaniya kraliçası 2-ci Yelizavetanın qızı, şahzadə Marqaret və şahzadə Çarlzın mərhum xanımı, şahzadə Diana ilə rəfiqə idi.

Kristina Nayt isə striptiz klubda çalışmazdan əvvəl bordeldə işlədiyini gizlətmir.
"Gənclik illərimdə bordeldə işləmişəm və pul müqabilində kişilərlə yatağa girmişəm. Lakin o adamlar yalnız müəyyən müddətə bədənimə yiyələniblər. Qəlbim isə özümə məxsusdu. Və indi o qəlbimi Ceymiyə vermişəm. Kimin nə deməsindən asılı olmayaraq onu sevirəm, o da məni sevir. Bəxtəvər ailə olacağımızı düşünürəm. Ana olmaq, övladlarımı böyütmək istəyirəm", - Kristina Nayt deyib.

Kristina Nayt indi aktrisa, model, musiqiçi və rəqqasə olduğunu, fahişəliklə çoxdan vidalaşdığını söyləyir.
Ceymi Lonsdeylin sözlərinə görə, evlənəndən sonra da qəsrində yaşayacaq.

Kristina Okston yaxınlığındakı Vanteyc həndəvərində yerləşən bu qəsri "gözəl və rahat ailə məkanı"na döndərəcəyini deyib.
Bununla yanaşı, o, "Okston Layl" adlı, dəyəri 45 milyon dollar olan malikanəni də Kristina Naytın adına keçirərək "sevgilisinə belə toy hədiyyəsi edəcəyini" bildirib.

"Toydan bir qədər sonra Londona yollanacağam. Gözəl səsim var. Opera müğənnisi kimi bəxtimi sınamaq istəyirəm", - C.Lonsdeyl deyib.
C.Lonsdeylin Rozanna adlı 25 yaşlı qızı, Artur və Esme adlı 19 yaşlı əkiz oğulları var.


QafqazPRESS.az
banner125x125 banner125x125