Məmur işçisinin belinə çıxdı -
Çində ayaqlarını islatmamaq üçün işçisinin belinə çıxan məmur vəzifəsindən kənarlaşdırılıb.
Olay Szyansi vilayətindəki Quiçji şəhərində yaşanıb.
Milli.Az Xinhua-ya istinadən bildirir ki, Quiçji şəhər bələdiyyəsinin şöbə müdirinin müavini Van Szyunhua güclü leysan yağışlarından sonra sel basmış bölgəyə yollanmışdı.
Bu bölgədəki seldə iki tələbə boğulmuşdu.
Selin vurduğu məkana çatanda Van Szyunhua maşından düşür və yolu keçərək tələbələrin boğulduğu nohura tərəf getmək istəyir. Lakin yağış yağdığından o, təzə ayaqqabılarını islatmaq istəmir.
V.Szyunhua işçilərindən birini çağıraraq onun belinə çıxır.
Həmin anları yaxınlıqdakı adamlar çəkib internetdə yayıblar. Qalmaqal qopub, məmurun həyasızlığı vətəndaşları hiddətləndirib.
Quiçji bələdiyyəsi V.Szyunhuanı "dövlət strukturunun işçisinə yaraşmayan hərəkətə görə" vəzifəsindən kənarlaşdırıb.
"Bu adam gələndə üzündən müştəbehlik yağırdı. Aydın görünürdü ki, bizə yardım etmək üçün yox, özünü göstərmək üçün gəlib. Hər tərəfin su olduğunu görəndə hirsləndi. Yanındakı işçisinə əyilməyi əmr etdi, onun belinə çıxdı. Belində bu yekəbaş, tərbiyəsiz məmuru daşıyan gənc pərt olmuşdu. Müdiri onu alçaltmışdı", - həmin an hadisə yerində olmuş Hu Pen deyib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR