» » Amerika əsgərləri Bağdad ətrafına yerləşdirildi

Amerika əsgərləri Bağdad ətrafına yerləşdirildi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 iyun 2014
//
Bölmə: Dünya / Gündəm
Amerika əsgərləri Bağdad ətrafına yerləşdirildi


Kürd icması “Kürd dövləti” qurmaq arzusundadır.

İraqda böhran yaşanmasından istifadə edən ölkənin şimalında yaşayan separatçı kürdlər fəallaşıblar.

ANS TV-nin Vaşinqtondakı müxbiri xəbər verir ki, kürd icmasının belə bir niyyəti parçalanmaqda olan İraqda təriqətçiliyi daha da artırmış olar. Dövlət katibin sözlərinə görə bu niyyət yalnız regional liderlərilə görüşdən irəli gəlir.

Amerikanın 91 əsgəri Bağdad ətrafına yerləşdirilib. Daha çox qüvvə isə İraqda və ola bilsin Suriyada yaraqlıların dayaq nöqtələrinə hava zərbələri endirmək üçün hazırlıq vəziyyətinə gətirilib. Bu 2011-ci ildə Amerika Birləşmiş Dövlətinin qüvvələrinin İraqı tərk etməsindən bəri, ən çox Amerika əsgərinin İraqda toplaşması deməkdir. Lakin Vaşinqitonda bu məsələyə realist yanaşılır. Çünki Amerikanın İraqda 70 min qüvvəsinin olduğu günlərdə olub. Amma bununla belə İraqa sülh və əminamanlıq gətirmək mümkün olmayıb.

Prezident Obamanın və dövlət katibi Con Kerrinin də dəfələrlə dediyi kimi “İraqda qan tökülməsinin dayandırılması İraq xalqının və Bağdad hökumətinin işidir.”


QafqazPRESS.az
banner125x125 banner125x125