» » Türk serial ulduzları boşanırlar

Türk serial ulduzları boşanırlar

Müəllif: Sevinc Novruzova
//
Tarix: 01 iyul 2014
//
Bölmə: Dünya / Gündəm
Türk serial ulduzları boşanırlar



Türkiyənin serial ulduzları kimi tanınan, yerli şou-biznesdə örnək ailə kimi göstərilən Murat Yıldırım və Burçin Terzioğlu boşanmağa qərar veriblər.

Milli.Az AHT-yə istinadən bildirir ki, "Fırtına" serialının çəkilişində tanış olan aktyorla aktrisa 2008-ci ilin avqustun 20-də evlənmişdilər.
İstinyedəki toydan sonra onlar Parisə "bal ayı"na yollanmışdılar.

Murat Yıldırımla Burçin Terzioğlu hər müsahibələrində "serial aşiqləriyik" deyir, bir-birlərini çox sevdiklərini vurğulayırdılar.
İndisə onlar ayrılırlar.

"Ayrılmağa qərar verdik və bu barədə izafi məlumat vermək niyyətindən uzağıq. Medianın şəxsi həyatımıza sayğı ilə yanaşacağını düşünür, təşəkkür edirik", - onların yaydıqları açıqlamada deyilir.



QafqazPRESS.az
banner125x125 banner125x125