» » TÜRK ORDUSU MÜHARİBƏYƏ BAŞLAYIR?

TÜRK ORDUSU MÜHARİBƏYƏ BAŞLAYIR?

Müəllif: Səma Zərdablı
//
Tarix: 22 iyul 2019
//
Bölmə: Dünya
TÜRK ORDUSU MÜHARİBƏYƏ BAŞLAYIR?


Fəratın şərqindəki PKK-YPG terrorçularını işğal etdikləri bölgələrdən təmizləmək üçün əməliyyat hazırlıqlarını tamamlayan türk ordusu Ankaradan “vur” əmrinin gəlməsini gözləyir.
Qafqazpress.az xəbər verir ki, TSQ-nın bütün istiqamətlərdə təzyiqi artırması terrorçuları hava hücumu zamanı sağ qala bilmək üçün Ayn İsa, Hasekə, Tel Abyad və Ayn əl-Arabda sipərlər və bir neçə fərqli nöqtədən çıxışı olan tunellər qazmağa vadar edib.
Məlumata görə, əməliyyat çərçivəsində türk ordusunun ilk hədəfi 40 kilometr dərinliyə qədər irəliləmək və Tel-Abyad, Rəsulayn şəhərlərini ələ keçirməkdir. Havadan və qurudan vurulacaq hədəflərdən sonra TSQ əməliyyatları genişləndirəcək, Tel-Abyad və Rəsulayndan sonra Kobaniyə girəcək.
Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) üzvlərinin 6 aydır sözügedən əməliyyat üçün hədəfləri müəyyən etdiyi bildirilir.
banner125x125 banner125x125