Şair- publisist Fəridə Ləmanın " Qılınckəndi dastanı " kitabı 1984-cü ildə Qazax mahalının İncə dərəsindən ermənilərə
46
şiddətli istilərində kənd əhalisi məhz Kəmərli meşə-
sində binə quraraq payız aylarınadək oradan istifadə
edirlər. Kəmərli meşəsini Ermənistan SSR-yə vermək
Kəmərli kəndini içməli sudan və yay vaxtlarında
həmin imkandan məhrum etmək deməkdir. Bunlar-
dan başqa, 6 hektar meyvə bağı Dmitrov adına kol-
xoz tərəfindən hələ 1959-cu ildə həmin ərazidə
salınmışdır.
Eyni vəziyyət Ağstafa Meşə Təsərrüfatının müha-
fizəsində olan 16 hektar Qələmçə meşəsinə və 33 hek-
tar Əskipara meşəsinə də aiddir. Belə ki, Zaqafqaziya
Meşə Təsərrüfatı Layihə İnstitutu tərəfindən 1965-ci
ildə, eləcə də əvvəllər tərtib edilmiş meşə quruluşu sə-
nədlərində həmin ərazilərin Ağstafa Meşə Təsərrüfa-
tına məxsus olduğu göstərilmişdir.
İki respublika arasında təsdiq edilmiş 1969-cu il
sərhədini yer üzərinə keçirdikdə Aşağı Əskipara kən-
dinin qərb hissəsində 24 ailənin həyətyanı torpaq sa-
həsi və yaşayış evi, kolxoz təşkili dövründə tikilmiş
anbar və iribuynuzlu mal-qara ferması, 1960-cı ildə
tikilmiş xəstəxana və sair tikililər Ermənistan SSR-nin
ərazisinə keçir.
Halbuki hələ 1895-ci ildə Tbilisi və Yelizavetpol qu-
berniyasının Borçalı və Qazax qəzası üçün tərtib edil-
miş xəritə sənədlərində həmin ərazilər və eləcə də
Qılınckəndi dastanı
47
albanlar tərəfindən tikilmiş kilsənin Aşağı Əskipara
kəndinə məxsus olduğu göstərilmişdir.
Yenə də həmin xəritəyə əsasən Bağanıs Ayrım kən-
dindən 1969-cu il sərhədinə görə Ermənistan SSR-yə
keçən 4 ailənin həyətyanı sahəsi və yaşayış evlərinin
ərazisi Bağanıs Ayrım kəndinə məxsusdur.
Eləcə də sonralar kolxoz təşkili dövründən, 1969-
cu il yerquruluşu planlarından və torpaq təhkimçiliyi
haqda Dövlət aktlarından həmin ərazilərin indiki
Sabir adına sovxoza aid olduğu göstərilmişdir.
Bütün yuxarıda göstərilənləri nəzərə alaraq Azər-
baycan KP Qazax Rayon Komitəsi və Qazax rayon
XDS İcraiyyə Komitəsi 7 may 1969-cu il tarixli təsdiq
olunmuş sənədində iki respublika arasındakı sərhəd
xəttinin natural icra etmək zərurəti meydana çıxarsa
da, həmin sərhəd xəttinə qismən dəyişiklik olunmasını
xahiş edir və aşağıdakıları təklif edir:
1. M.F.Axundov adına sovxozda Tatlı kəndinin
Ermənistan SSR ərazisində qalan 1,0 hektar qəbiri-
stanlıq Azərbaycan SSR-nin ərazisinə daxil edilməklə,
Ermənistan SSR tərəfindən M.F.Axundov adına sov-
xoza məxsus torpaq sahəsində əkilmiş 1,80 hektar
üzüm bağının 1,0 hektarı ilə əvəz edilsin. Qalan 0,80
hektar qəbiristanlıq sahəsində qeyri-qanuni şumlana-
raq əkilmiş üzüm sahəsi sökülsün və həmin torpaq sa-
Fəridə Ləman
48
həsi qəbiristanlıq kimi istifadə edilsin.
2. Sabir adına sovxozda Xeyrimli kəndinə məxsus
olan 1969-cu ilin sərhədinə görə Ermənistan SSR əra-
zisində qalan 65 hektar, o cümlədən: 0,45 hektar fəa-
liyyətdə olan qəbiristanlıq əvəzetmə yolu ilə iki
respublika arasında ümumi qaydada həll edilsin.
(Mə’lumat üçün bildirilir ki, Qazax rayon XDS İcra-
iyyə Komitəsi 16 may 1983-cü il tarixdə 661 N-li mək-
tubla Ermənistan SSR Nazirlər Sovetinə müraciət
etmişdir). Lakin indiyədək heç bir cavab alınmamış-
dır.
Yuxarıda göstərilənləri, yə’ni 1890-cı ilə və sonrakı
xəritələrə əsasən Qazax rayonunun inzibati ərazisinə
daxil olmuş və uzun illərdən bəri rayonun ayrı-ayrı tə-
sərrüfatlarının istifadəsində olan, 1969-cu ilin sərhə-
dini yerə keçirərkən yerli əhalinin böyük narazılığına
səbəb ola biləcəyini nəzərə alaraq Krupskaya adına
sovxoza məxsus “Çılpaq dağ” adlı 256 hektar, Ağ-
stafa Meşə İdarəsinin istifadəsində olan 1675 hektar
Kəmərli meşəsinin, 16 hektar Qələmçə meşəsinin, 33
hektar Əskipara meşəsinin, Sabir adına sovxozun
Aşağı Əskipara kəndində 24 ailənin yaşayış evi və hə-
yətyanı torpaq sahələrinin, sovxoza məxsus digər ic-
timai tikililərin yerləşdiyi 7,5 hektar sahənin və
Bağanıs Ayrım kəndində 4 ailənin yaşayış evi və hə-
Qılınckəndi dastanı
49
yətyanı sahələri yerləşdiyi 1,0 hektar sahənin əvvəlki
kimi Qazax rayonu təsərrüfatlarının istifadəsində qal-
masını məqsədə müvafiq hesab edirik.
Qazax rayonunun yer V. Mustafayev
Quruluşu mühəndisləri: Y. Yusifov
14 may 1984-cü il
Azərbaycan SSR Nazirlər Sovetinə
Qazax rayonunun partiya, sovet və təsərrüfat or-
qanlarının rəhbərləri ilə razılaşdırılmadan və heç bir
əsas olmadan hər iki respublikanın Ali Sovetləri tərə-
findən təsdiq edilmiş 7 may 1969-cu il tarixdə karto-
qrafik sərhəd xəritəsinə əsasən Qazax rayonunun
ərazisindən 2105 hektar torpaq sahəsi Ermənistan
SSR-nin ərazisinə, 112 hektar isə Ermənistan SSR-
dən Qazax rayonuna keçməlidir. Ermənistan SSR-yə
keçən 2105 hektar sahənin 51 hektarı əkin yeri, 77
hektarı örüş, 0,9 hektarı çoxillik əkmələr, 20 hektarı
biçənək, 1804 hektarı meşə, 114 hektarı kolluq, 1,45
hektarı qəbiristanlıq, 9,6 hektarı fərdi və ictimai tiki-
lilər altında, 27 hektarı isə sair torpaqlardır.
1983-cü ilin avqust ayınadək rayonun sərhəd tə-
sərrüfatlarına məlum olmayan və yerdə göstərilmə-
yən, ancaq xəritə üzərində işlənmiş sərhəd
Fəridə Ləman
50
uyğunsuzluqlarına sərhəd kəndlərində yaşayan əhali
qə’ti etiraz edərək, uzaq keçmişdən hal-hazıra kimi
onlara məxsus olmuş və indiyədək istifadə edilmiş tor-
pağın əsassız olaraq qonşu Ermənistan SSR-yə veril-
məsinə qətiyyən yol verməyəcəklərini bildirir,
dəfələrlə izahat işləri aparılmasına baxmayaraq
rayon, respublika və ittifaq təşkilatlarına çoxlu ərizə
və şikayətlər yazırlar.
Həqiqətən, 1890-cı ildə və sonrakı illərdə tərtib edil-
miş xaritələrə əsasən 1969-cu ildə təsdiq olunmuş sər-
həd xəttinə görə Ermənistan SSR-yə keçən 2105
hektar sahə Qazax rayonunun inzibati ərazisində
olmuş və uzun illərdir ki, rayonun ayrı-ayrı təsərrüfat-
larının istifadəsindədir.
Yuxarıda göstərilənləri və 1969-cu ildə təsdiq olun-
muş sərhəd xəttinin naturaya köçürülməsinin yerli
əhalinin böyük narazılığına səbəb ola biləcəyini nəzərə
alaraq 2105 hektar torpaq sahəsinin əvvəlki kimi
Qazax rayonunun təsərrüfatlarının istifadəsində qal-
masını, yə’ni uzun illərdən hal-hazıra kimi hər iki res-
publikanın mövcud torpaq istifadəçiliyinə toxunul-
mamasını təklif edirik.
Qeyd olunan sərhəd xəttini naturaya keçirmək zə-
rurəti meydana çıxarsa, həmin sərhəd xəttinə qismən
dəyişiklik olunmasını təklif edirik:
Qılınckəndi dastanı
51
- Kəmərli kəndində 600 təsərrüfat olmaqla 2340
nəfər əhali yaşayır. Kənddəki Dmitrov adına kol-
xozda ictimai və fərdi mal-qaranın sayı 1000 başdan,
qoyun-keçilərin sayı isə 5000 başdan çoxdur. Göstə-
rilən əhalinin və mal-qaranın yeganə içməli su mən-
bəyi Kəmərli meşəsinin bulaqlarıdır. Hal-hazırda
Kəmərli kənd əhalisi və mal-qarasını içməli su ilə
tə’min etmək üçün Kəmərli meşəsindəki “Xanımın
bulağı”. “Soyuq bulaq”. “Batdaqlı bulağı”, “Daş
bulaq” və sairə bulaqlardan götürməklə, smeta dəyəri
360 min manat olan su kəmərinin tikintisinə başlan-
mışdır. İndiyədək 200 min manatlıq iş görülərək dia-
metri 150 mm olan 9,4 km. məsafədə su kəməri
çəkilmiş, tutumu 100 m olan 3 ədəd su anbarı inşa
edilmişdir. Ona görə də 1675 hektar Kəmərli meşəsini
Ermənistan SSR-yə vermək Kəmərli kəndini içməli
sudan məhrum etmək deməkdir. Bu isə Kəmərli kən-
dini köçürmək zərurətini doğurur. Göstərilənləri nə-
zərə almaqla Kəmərli meşəsindəki bulaqların və su
kəmərinin, sovxozun meyvə bağının və qaramal töv-
ləsinin yerləşdiyi 906 hektar sahənin, Krupskaya
adına sovxozun mövcud qaramal tövləsinin və onun
ətrafındakı 5 hektar əkin yerinin, Sabir adına sovxo-
zun Aşağı Əskipara və Bağanıs Ayrım kəndlərində
fərdi və ictimai tikintilər altında olan 9,6 hektar, Xey-
Fəridə Ləman
52
rimli kənd qəbiristanlığının yerləşdiyi 0,45 hektar -
cəmi 927 hektar sahənin rayonun istifadəsində sax-
lanmasını təklif edirik.
Göstərilən sahələrin əvəzinə müvafiq qaydada
1969-cu il sərhədinə görə Ermənistan SSR-dən rayona
keçəsi 112 hektar, Krupskaya adına sovxozun ərazi-
sindən (kartoqrafik xəritədə 107 N-li nöqtədən 108 N-
li nöqtə arasında) 2 hektar Sabir adına sovxozun
ərazisində Ermənistan SSR-nin Voskepar kəndində
fərdi tikintilər altında olan 1,0 hektar və kartoqrafik
xəritədə 70 N-li nöqtə ilə 71 N-li nöqtə arasında 9,0
hektar - cəmi rayon ərazisindən 124 hektar sahə Er-
mənistan SSR ərazisində saxlanılsın.
Həmçinin rayonun Aşağı Əskipara kəndinə bitişik
olan 9 hektar sahənin Voskepar kənd sakinlərinə hə-
yətyanı sahə kimi paylanması və fərdi evlər tikintisi
ciddi narahatlıq doğurmuşdur. Çünki həmin sahə ilə
Voskepar kəndi arasında 3 km-dək məsafə vardır.
Odur ki, həmin sahədə fərdi evlərin tikintisini dayan-
dırmaq və sahədən digər məqsədlər üçün istifadə
etmək daha məqsədəuyğun olardı.
- Krupskaya adına sovxozdan 251 hektar, Sabir
adına sovxozdan 112 hektar və Kəmərli meşəsinin Er-
mənistan SSR-yə keçməsi ilə əlaqədar olaraq göstəri-
lən sovxozların iqtisadiyyatına ciddi zərər dəyəcəyini
Qılınckəndi dastanı
53
nəzərə alaraq Krupskaya adına sovxozun 300 hektar
Sabir adına sovxozun 300 hektar və Dmitrov adına
sovxozun 200 hektar - cəmi rayon üzrə 800 hektar tor-
paq sahələrinin gələcəkdə əkinə yararlı hala salınma-
qla, onlara su çəkilməsinin nəzərdə tutulmasını xahiş
edirik.
B. Ş. Eyyubov
Həmin vaxt Qazax Rayon İcraiyyə Komitəsinin
sədri işləmiş Bəkir Eyyubovun partiya üzvlüyünə qey-
diyyat vərəqəsinə yazılanlardan:
Kənd Xalq Deputatları Sovetininrəhbərliyi və ida-
rəetmə orqanlarının üzərində rəhbərliyinin zəiflədil-
məsinə görə şiddətli töhmət
1984-cü ilin 20 noyabrdan
Protokol N 150/19
1985-ci ilin 10 dekabrından KP MK qərarı əsa-
sında 197/19 N-li protokol çıxarılmışdır
1984-cü ildə torpağının müdafiəsi üçün MK tərəfin-
dən aldığtı “yüksək” mükafat Mirzə Mustafa oğlu
Aslanovun partiya üzvlüyünə qeydiyyat vərəqəsində
belə yazılıb:
Fəridə Ləman
54
Sİ KP üzvünün qeydiyyat vərəqəsi N 18520860
Aslanov Mirzə Mustafa oğlu
Şiddətli töhmət: Vəziyyəti normallaşdırmaq üçün la-
zımi tədbirlərin görülməməsi və Kəmərli kəndində baş
vermiş xoşagəlməz hadisənin qarşısınının alınmaması
ilə əlaqədar
Qılınckəndi dastanı
55
Azərbaycan KP MK 15 fevral 1989 il
Protokol N 142
Azərbaycanın Kommunist Partiyasının Mərkəzi
Komitəsinin qərarı
Protokol 1986-cı ilin 1-dən 7 fevralına
kimi tərtib olunmuşdur
Qısa arayış
1984-cü ildə Qazax rayonunun Ermənistanla həm-
sərhəd ərazilərindən bir hissəsinin Ermənistana veril-
məsi hadisələri və şəraiti haqqında həmin vaxtlarda
rayonun yerquruluşu mühəndisi işləmiş Yusif Yusifo-
vun dediklərindən:
- Dəfələrlə torpaq üstündə ermənilərlə bizim ara-
mızda mübahisələr olurdu. Onlar nəyin bahasına olursa
olsun sübut etmək istəyirdilər ki, filan yerdə filan sahə
onlara çatmalıdır. Hətta bizə təklif edirdilər ki, siz də
respublikanızın əlaqədar nazirliklərinə müraciət edin,
bizim səviyyədə mütəxəssislər gəlib bu məsələni aydın-
laşdırsınlar. Biz öz Nazirlər Sovetimizə bu məsələ ilə
əlaqədar müraciət etsək də, onlar yaxalarını kənara çə-
kirdilər. Bütün etinasızlıqlara baxmayaraq, biz 1982-
ci ilə qədər rayon səviyyəsində həmin torpaqları qoruya
Fəridə Ləman
56
bildik. Heydər Əliyev respublikadan gedən kimi ermə-
nilərin ərazi iddiaları yenidən gücləndi. Və nəhayət,
1983-cü ildə ilk dəfə Azərbaycan Nazirlər Soveti səd-
rinin birinci müavini Ş. Ə. Rəsizadənin rəhbərliyi al-
tında Kənd Təsərrüfatı nazirinin birinci müavini N.
Hüseynbəyov, həmin nazirliyin yerquruluşu idarəsinin
rəisi A. Dadaşov və başqaları rayonumuzda oldular. Er-
mənistan rəhbərliyinin danışıqlarına əsasən eyni səviyy-
ədə Ermənistan Nazirlər Sovetinin birinci müavini A.
Movsesyan, yerquruluşu idarəsinin rəisi R.Vartanyan,
Qazax rayonunun birinci katibi A. Süleymanov, RİK-
nin sədri İ. Rəhimov İçevan rayonundakı Uzuntalada
yerləşən qonaq evində görüşdülər. Özləri ilə məni də
aparmışdılar. Oradakı görüşdə belə bir fikir söylədilər
ki, 1969-cu ilin may ayının 7-də hər iki respublikaların
Ali Sovetləri tərəfindən təsdiq olunmuş xəritə yerə keçi-
rilməlidir. Ş. Rəsizadə qeyd etdi ki, həmin xəritəyə ye-
nidən baxılmalıdır, ola bilsin o dövrdə səhvə yol
verilmişdir. Elə isə nəyə görə o vaxt icra edilməmişdir.
Erməni tərəfi qeyd etdi ki, o dövrdə işin icrasız qalma-
sının səbəbi H. Əliyev olmuşdur. Xəritə 1969-cu ilin
may ayında təsdiq edilmiş, H. Əliyev isə həmin ilin av-
qust ayında hakimiyyətə gəlmişdir. O vaxt H. Əliyev
Ermənistan MK-nın birinci katibi K. Dəmirçiyan ilə
görüşərək bu məsələnin qaldırılmamasını bildirmişdir...
Qılınckəndi dastanı
57
İndi isə nə Əliyev var, nə də o. Ona görə də bu işi
yerinə yetirməliyik. Onda Rəsizadə təklif etdi ki, elə
isə mütəxəssislər qrupu yaradılsın və onlar yerində
sərhəd haradan keçəcəksə oraya baxsınlar. Ola bilər
ki, həmin ərazidə tikintilər aparılmış, yaşayış evləri ti-
kilmişdir. Belə olanda sərhəd xəritəsi yeni təklifə tə-
zədən işlənsin. Hətta Kəmərli meşəsinin qalması üçün
Ceyrançöl və yaxud bizim Kəlbəcərdə olan yaylaqla
əvəzləşdirilsin. Axırıncı dəfə Rəsizadə rayona gələndə
(Kəmərli hadisəsindən bir gün əvvəl) dedi ki, K. Ba-
ğırov Moskvada Koren Seronoviç Dəmirçiyanla
görüşüb razılığa gəlmişlər ki, Kəmərli meşəsinin yarısı
qalsın (1675 hektarın 900 hektarı). Bundan sonra Qa-
zaxdan A. Süleymanov, B. Eyyubov İcevana
Movsesyanla görüşə getdilər. Biz isə burada qaldıq.
Orada Ş. Rəsizadə Movsesyana da həmin variantı
təklif edir. Və A. Movsesyan onlara veriləcək yerlərlə
tanış olur. Bizim bə’zi adamların “yüksək canfəşan-
lığı” nəticəsində 7 may 1969-cu il xəritəsi yerə köç-
ürülərək 2530 hektar torpaq sahəsi Qazax rayonu
ərazisindən Ermənistana verildi. Özü də qəribədir ki,
hansı sovxozun ərazisindən torpaq verilirdisə, o sov-
xozun qoyunundan, quzusundan kəsib ermənilərə qo-
naqlıq verilirdi. Bir baxta, yığvala bax!..
Torpaqlarımızdan növbəti pay vermə əməliyyatı
Fəridə Ləman
58
1984-cü ildə Qazax rayonunun Kəmərli kəndindən
başladı. Özü də əlləri böyüklər ətəyində olan böyüklə-
rimizin rəhbərliyi ilə. Nə dədələrinin malı idi, nə də
nənələrinin. Xalqın malı idi. Onu da talan etməyə
onlar çox öyrənmişdilər...
Haşiyə...
1984-cü ildə Kəmərli kəndinin məsul işçiləri kimlər
idi, nə işinə baxırdılar, indi nə işinə baxırlar?
1. İ. Bəbirov - Kəmərli kənd sovxozunun direktoru
(1986-cı ildə rəhmətə gedib).
*2. Mirzə Aslanov - Kəmərli kənd XDS İcraiyyə Ko-
mitəsinin sədri (hal-hazırda Kəmərli kənd orta məktə-
bində riyaziyat müəllimi işləyir).
3. Cəlal Yolçuyev - Partiya təşkilat katibi (indi su
cuvarı işləyir).
4. Sərhəd Məmmədov - Sovxoz təşkilat katibi (hal-
hazırda Kəmərli kənd səkkizillik məktəbində müəllim
işləyir).
5. İsrafil Mustafayev - həmkarlar təşkilatının sədri
(indi təqaüdçülər).
_____________________
* Adları yuxarıda göstərilən insanlar haqqında fərdi məlu-
matlar o vaxta aiddir.
Qılınckəndi dastanı
59
“Doktorluq müdafiəsi”
bizə baha başa gəldi
1968-ci ildə A. Mikoyan SSRİ Ali Sovetinin sədri,
V. Axundov isə Azərbaycan KP MK-nın birinci ka-
tibi idi. Həmin vaxt A. Axundov Yerevanda doktor-
luq dissertasiyası müdafiə etməli idi. Ermənilər,
həmişə olduğu kimi bu dəfə də fürsəti əldən vermədi-
lər. A. Mikoyana məsləhət gördülər ki, guya Erməni-
stanla Azərbaycanın sərhədləri girintili-çıxıntılı
olduğuna görə bölgü aparıb, sərhədləri hamarlamaq
bəhanəsilə yeni xəritə çəkilməlidir.
A. Mikoyanın tə’siri ilə bu məsələyə V. Axundov-
dan razılıq alındı və yüksək alimlik dərəcəsi almaq
bizə baha başa gəldi. Ermənilər vaxtı itirmədən işə
başladılar. Zaqafqaziya dairəsində onların rəhbərliyi
ilə xəritə hazırlandı. Qeyri-qanuni hazırlanmış bu xə-
ritədən nə rayon, nə də kənd rəhbərlərinin xəbəri ol-
madı.
Fəridə Ləman
60
Geri dursaq kəsdiyimiz duz-çörək
qənim olsun
Bu sözləri o vaxt kənd soveti sədri işləmiş Mirzə
Aslanov, məhrum sovxoz direktoru İsa Bəbirovun
evində çörək kəsərkən demişlər.
M. Aslanovun yaddaşından: - Torpağın verilməsi
dünənin, bu günün işi deyil. Mənimsəmək iddiası, ki-
məsə quyruq bulayıb əvəzində nə isə qoparmaq tarixən
ermənilərin “şəxsiyyətində” olub. Onların ekologiya-
mıza, tariximizə, mədəniyyətimizə, incəsənətimizə, bir
sözlə, bəşəriyyətə vurduğu zərəri heç kim inkar etməz.
Allahverdi rayonundakı mis zavodundan axıdılan tul-
lantılar, çirkablar İncəçaya qarışaraq kəndin su pro-
blemini olduqca çətinləşdirmişdi. 1982-ci ildə qərara
alınmışdı ki, kənddən 15 km aralıda yerləşən meşədən
6-7 bulağın suyu kəndin 250 tonluq su anbarınd birləş-
dirilib, 52 yerdə su krantı qoymaqla içməli su problemi
həll olunsun. Lakin bir gün Dovex sovxozunun direk-
toru R. Mehrabyan İ. Bəbirovun evinə gələrək tələb
edir ki, su çəkilməsi tə’cili dayandırılmalıdır, bilməlisi-
niz ki, o torpaqlar Azərbaycanın yox, Ermənistanındır.
Beləliklə, planı çoxdan hazırlamış əməliyyatlar yavaş-
yavaş həyata keçirilməyə başladı. Meşədə çobanlar,
Qılınckəndi dastanı
61
yollarda sürücülər bir-birilə sözləşdi. Bütün bunlar
şübhəsiz ki, ziddiyyətləri kəskinləşdirdi, erməni mafi-
yası bundan istifadə edərək 1969-cu il xəritəsini üzə çı-
xarıb “haqlarını” tələb etdilər.
Səsimizə səs verən olmadı
Rayon rəhbərliyindən bizə mə’lumat verdilər ki,
yuxarıdan bildirirlər ki, 1969-cu il xəritəsinə əsasən
Qazax rayonundan 2105 hektar torpaq sahəsi ermə-
nilərə verilməlidir.
Bakıya, Moskvaya siyasi büronun ayrı-ayrı üzvlə-
rinə dəfələrlə məktub və teleqramlar göndərdiyimizə
baxmayaraq, səsimizə səs verən, hayımıza yetən ol-
madı. Çünki balıq başdan iylənmişdi.
1984-cü ilin 23 oktyabrında bizə xəbər verdilər ki,
Azərbaycan SSR Nazirlər Sovetinin birinci müavini
Şamil Rəsizadə meşəyə baxmaq üçün (?) təşrif gətirir.
Bir qədər sonra Ş. Rəsizadə, Respublika Kənd Təsərr-
üfatı Nazirliyi yerquruluşu idarəsinin rəisi A. Dada-
şov, rayon partiya komitəsinin birinci katibi Aslan
Süleymanov, rayon XDS İcraiyyə Komitəsinin sədri
Bəkir Əyyubov və rayon yerquruluşu mühəndisi Vəli
Mustafayev gəldilər. Məsələdən xəbərdar olan kənd
camaatı meşənin ətəyinə toplaşmışdı. Ş. Rəsizadə ma-
Fəridə Ləman
62
şından düşmədən, camaatla salamlaşmadan sürücüyə
əmr etdi ki, belələrini çox görmüşəm, maşını saxlama,
sür.
“Barev Axver”
Qılınckəndinin “Batdaqlı bulağı” deyilən yerdə
kəndin ağsaqqalları yığılmışdı, onlar bilirdilər ki, Ş.
Rəsizadə mütləq buraya gələcək. Bu adamları görən
Ş. Rəsizadə onları “barev axber”, - deyə salamla-
yanda katib A. Süleymanov Rəsizadəyə dedi ki, bu
yoldaşlar azərbaycanlıdırlar. Sonra Ş. Rəsizadə
gəldiyi adamlarla “Fındıqlı bulağı”na getdi, orada
kənd adamları ilə söhbət oldu, Ş. Rəsizadə dedi ki,
1969-cu ildə V. Axundovun vaxtından təsdiqlənmiş
xəritəyə əsasən bu torpaqlar Ermənistana verilib. Siz
neçə illərdir ki, bu torpaqlardan qanunsuz istifadə
edibsiniz. Əgər bu torpağın verilməsinə narazılıq et-
səniz, qanunsuz istifadə etdiyiniz illərin də vergisini
verəcəksiniz. İçməli su məsələsinə gəldikdə isə, bu söz-
lərindən sonra rayon XDS İcraiyyə Komitəsinin sədri
B. Eyyubov dedi ki, yoldaş Rəsizadə, bu işlərin axırı
yaxşı olmayacaq, yaxşı olar ki, kənd camaatı ilə
görüşüb, danışaq.
Ş. Rəsizadə Akif Dadaşovdan xəritəni soruşdu. O
Qılınckəndi dastanı
63
dedi ki, “Daşbulaq”dan 500 metr bu yana Erməni-
stana düşür. (bura həmin yerdir ki, “Daşbulağ”ın ya-
nında meşə zolağı qurtarır və Kəmərli kəndinin evləri
aydınca görünür.
Bu cür bölgüyə rayon rəhbərləri də səslərini çıxar-
madılar. Üstəlik qışqırıb susmağımı tələb etdilər.
Gedərkən Ş. Rəsizadə qolumdan tutub dedi: “Yoldaş
kənd sovet sədri, sən heç bilirsənmi ki, ermənilər biz-
dən daha nələr tələb edirlər? Bir halda ki, sizin camaat
bu torpaqlardan ötəri ölür, canları çıxır, bu torpaqları
verəcəyik özünüzüə, əvəzində on dəfə yaxşı torpaqla-
rınızı alıb verəcəyik ermənilərə (yaxşı ki, Ş. Rəsizadə
hər dəfə öz sözləri ilə bu torpağa mənsub olmadığını
ifadə edirmiş. Təsadüfi deyil ki, Almalıtala deyilən
yerdən qayıdanda, Maraloylağında Rəsizadədən
böyük ümidlər gözləyən xalq ümidlərinin qırılıdığını
görüb “niyə belə hərəkət edirsiniz, ermənilərə tərəf çı-
xırsınız. Eşitmişik ki, sizin gəlininiz ermənidir bəlkə
ona görə onlara yan basırsınız” dedikdə, Ş. Rəsizadə:
“Hamınız qurban olun mənim erməni gəlnimə” - dedi.
Fəridə Ləman
64
Torpaq yolunda öləkmi, torpaqları
erməniyə verəkmi?
Atalar demiş, dəyirman öz bildiyini edirdi, baş ağ-
rıdan çaxçax idi. Ş. Rəsizadə öz fikrində qalaraq bizi
xəbərdar etdi ki, səhər Ermənistan nümayəndələri gə-
ləcək, meşəyə gedəcəyik:
Onlar getdikdən sonra geri dönüb kənd camaatını
başımıza yığdıq ki, torpaq yolunda öləkmi, torpaqları
ermənilərə verəkmi? “Ölsək də bir qarış torpaq ermə-
nilərə vermərik” - deyən kənd cəmaatı Ş. Rəsizadəni
və Ermənistan nümayəndələrini meşəyə buraxmamaq
üçün özlərindən sipər çəkdilər.
Tülkü Həccə gedir
Vəziyyətin bu cür istiqamət alması rayon partiya
komitəsinin katibi A. Süleymanova çatdırılır, o isə Ş.
Rəsizadəni məsələdən agah edir... Ş. Rəsizadə xəbər
göndərir ki, daha Kəmərliyə getməyəcəyik. Kənd rəh-
bərliyi deyilənə inanıb camaatı meşədən geri çəkir.
Görünür camaatın çəkilməsi barədə də əlüstü xəbər
çatdıranlar olub, meşə çaqqalsız olmadığı kimi. Ş. Rə-
sizadə, A. Süleymanov, B. Eyyubov İcevana yola
Qılınckəndi dastanı
65
düşürlər, oradan da Ermənistan Nazirlər Sovetinin bi-
rinci müavini A. Movsesyan, Noyemberyan rayon
partiya komitəsinin II katibi R. Muamyan və Dovex
sovxozunun direktoru R. Mehrabyanla birlikdə Er-
mənistandan Kəmərli meşəsinə gəlirlər. Camaat Ş.
Rəsizadənin fırıldağını başa düşüb, yolları bağlayır.
Burada kənd sakini Vilayət Mehrabovun əməyi çox
idi. Ş. Rəsizadə yolların bağlandığını görüb camaatı
təhqir edir ki, ay mədəniyyətsizlər, yolu niyə kəsibsi-
niz, bu sizə baha başa gələcək. Ermənilərdən bir nəfər
camaatın əsəbiliyini görüb həmişə olduğu kimi tülkü
bicliyi işlədərək deyir: “Ay dostlar, biz torpaq-zad is-
təmirik, buraxın gedək”.
Kənd sakini bir qadın isə üzünü Ş. Rəsizadəyə
tutub: “Ay satqın, sən buraya torpaq verməyəmi gəlib-
sən?” - deyəndə, o, həmin qadını itələyir, (erməni qa-
dını olsaydı yəqin ki, özü onun ayaqlarının altına
yıxılacaqdı. Necə ki, əksəriyyətinin erməni məşuqəsi
olan azərbaycanlı kişilər vəziyyətin belə olacağını göz-
ləmirdilər, amma nə edəsən, indi onlar da məcbur
olub, görüş yerlərini Rusiyanın ayrı-ayrı şəhərlərinə
dəyişiblər. Yəqin bu qənaətə gəliblər ki, bal alana da
lənət, bəhməz satana da, - F. L.) Ağbirçək qadın yı-
xılır, onun bu kobudluğundan əsəbiləşən kənd ca-
maatı hücuma keçir, əvvəl maşını döndərirlər, sonra
Fəridə Ləman
66
isə yumruq davasına çıxırlar. Özlərini pis vəziyyətə
salmış nümayəndə heyətini kəndin klubuna gətirirlər.
Akt tərtib olunmadı
Haqqı tapdanmış kənd camaatı kluba gətirilmiş
torpaq alverçilərini didib, parçalamaq istəyirdilər.
Kənd sovet sədrinin və rayon rəhbərlərinin təşəbbüsü
ilə bir qədər sakitlik əldə etmək oldu. Nümayəndələri
kluba gətirməkdə məqsəd 1969-cu ildə hazırlanmış xə-
ritənin qeyri-qanuni olmasını təsdiqlətmək üçün akt
tərtib etmək idi. Lakin aktın tərtib edilməməsi sənədin
hüquqi əsası olmaması ilə əsaslandırıldı. Beləliklə, akt
tərtib olunmadı.
Növbədənkənar büro
Kənd klubunda heç cürə sakitləşə bilməyən xalqın
arasına düşən çaxnaşma əlbəyaxa vuruşla nəticələndi.
Kənd sovet sədri Mirzə Aslanov aldığı yumruq və tə-
piklərdən xəstəxanaya düşdü.
27 oktyabr 1984-cü ildə Kəmərli kəndində baş
verən hadisələrlə əlaqədar Qazax rayon partiya komi-
təsinin növbədənkənar bürosu oldu. Büroya rayonun
Qılınckəndi dastanı
67
və Kəmərli kəndinin aktivləri, ağsaqqal kommunist-
lər, inzibati orqan işçiləri dəvət olunmuşdular.
Büronu rayon partiya komitəsinin birinci katibi Aslan
Süleymanov aparırdı. Eyni zamanda həmin büroya
aldığı zədədən sonra rayon xəstəxanasında yatan
Mirzə Aslanov da dəvət olunmuşdu.
M. Aslanovun yaddaşından: Büroda çıxış edən Kə-
mərli kənd sakinləri Mustafa Həkimov, Mahmud Mu-
stafayev, Nemət Nemətov və başqaları çıxış edərək
vəziyyətin bu yerə gəlib çıxmasında Şamil Rəsizadəni
günahlandırdılar. Kəndin məs’ul işçilərindən İ. Bəbirov,
C. Yolçuyev, rayon DİŞ-in rəisi R. Bəxşiyev ədalətli çı-
xışlar etdilər. Büro üzvü M. Səttarov qərəzli çıxış edə-
rək məni təhqir etdi ki, (M. Aslanov öz çıxışında
demişdi ki, mən torpaq satqını kimi şərəfsiz adı heç
vaxt üstümə götürmərəm, buna görə ən ağır cəza al-
mağa hazıram... İlk dəfə idi ki, Kəmərli kəndində hö-
kumət rəhbərlərinə əl qaldırmışdılar. Deməli, qalxan
əllər sındırılmalı, danışan dillər susdurulmalı idi. Zirvə
ucalığı, dağ qüdrəti, bulaq təmizliyi olan kənd adamının
tanıdığı bir qanun var, o da haqdır, ədalətdir. Bu qa-
nunu pozanların, yolunu azanların isə bir cəzası var -
ölüm. Bəlkə də Kəmərli kəndi o vaxt meşələrinin, tor-
pağının verilməsindən daha çox MK işçisinə əl qaldır-
ması ilə tarixə düşdü.
Fəridə Ləman
68
Çıxışların əksəriyyətindən fərqli olaraq Xalq Nəza-
rət Komitəsinin sədri Ayşa Vəliyeva büroda ədalətli
çıxış etdi. Büro bu məsələ ilə bağlı rayon prokurorlu-
ğunda cinayət işi qaldırılması təklifini qəbul edib, işini
dayandırdı.
Prokurorluq fəaliyyətə başladı
Rayon prokurorluğunda sorğu-suallar başlandı.
Respublika və SSRİ prokurorluğundan nümayəndə-
lər gəlib dəfələrlə kənd camaatından izahatlar aldılar.
Kənd sakinləri - Vilayət Mehrabov, Mədəd Oru-
cov, Teymur Qapçıyev və bir neçə nəfər isə Noyem-
beryan rayonunda danışığa aparıldılar.
Tərcüməçi vaxtilə Gəncə şəhərində yaşamış Roza
adlı erməni qızı idi. Kənddən danışığa aparılanlardan
Teymur və Mədəd erməni dilini bildiyindən Roza
“xanımın” erməni dığasını üzə durmaq üçün necə
tovladığını başa düşərək rayon rəhbərliyinə xəbər ver-
dilər. Bu məsələdən sonra həmin adamların Noyem-
beryan rayonuna izahat vermək üçün getmələri
dayandırıldı.
Qılınckəndi dastanı
69
İt itin ayağını basmaz
Noyabr ayında İ. Bəbirovu, C. Yolçuyevi, R. Bəx-
şiyevi, B. Eyyubovu, A. Süleymanovu Bakıya MK-ya
çağırdılar. Bakıya gedənlər xəbər gətirdilər ki, bu dəfə
Konovalov kəndə təşrif gətirəcək. Bakı səfərindən
sonra kəndin sovxoz direktoru İ. Bəbirov və rayon
DİŞ-in rəisi R. Bəxşiyev partiya sıralarından və tut-
duqları vəzifədən azad edildilər. Rayon partiya komi-
təsinin birinci katibi Aslan Süleymanov və Rayon
İcraiyyə Komitəsinin sədri Bəkir Eyyubova şiddətli
partiya cəzası verildi.
... Hər şey məlum idi. Artıq kənd yanğınsöndürən
maşınlarla namə’lum şəxslər tərəfindən mühasirəyə
alınmışdı. Nəhayət, Konovalov gəldi.
Məni pis başa salıblar
Konovalov kəndə tək təşrif buyurmamışdı, onunla
birlikdə MK katibi İsa Məmmədov da gəlmişdi. İclas
Kəmərli kənd mədəniyyət evinin klubunda başladı.
Bu həmin klub idi ki, oktyabr ayında buraya hər iki
respublikanın - Azərbaycan və Ermənistanın “Hör-
mətli nümayəndələri” meşədən gətirilmişdillər. (Doğ-
Fəridə Ləman
70
rudan da həmin rəhbərlər özlərini kənd camaatı ilə elə
meşədən gələn kimi aparıblar. Yəqin düşünüblər ki,
kənd camaatıdır. Təsadüfi deyil ki, Ş. Rəsizadə Kə-
mərli kəndindən qayıtdıqdan sonra bəzi adamlarda
belə bir təəssürat yaratmaq istəmişdi ki, “Tam dikiyi
lyudi” (orada vəhşi adamlar var). Halbuki bu ucqar
kəndin neçə-neçə alimi, şairi, ziyalısı var. Görünür hə-
ləlik əsl həqiqəti bilməyən Konovalov yanğınsöndu-
rənlər komandası ilə kəndə daxil olanda, ilk çıxışında
ədalətsiz mövqe tutub. Ş. Rəsizadə kimi camaatı hə-
dələyəndə “dikiyi lyudi” sözlərinin kənd adamlarına
möhkəm tə’siri olmuşdu. - F. L.).
Konovalovun kəskin çıxışından sonra kəndin ziya-
lıları, ağsaqqalları, kommunistləri çıxış edib, Ş. Rəsi-
zadənin kənd camaatı ilə hörmətsiz danışmasından,
qadının vurulmasından, bu torpağın tarixən bizimki
olmağından danışdılar. Konovalov bütün çıxışlara
diqqətlə qulaq asdıqdan sonra üzr istəyib dedi ki, ba-
ğışlayın, məni pis başa salıblar. Mən bu kəndin ca-
maatına, ağsaqqallarına qibtə edirəm, indi anladım
ki, bu işləri törədən səbəblər hansılardır, kimlərdir.
Görüşün sonunda Konovalov kənd camaatına müvəf-
fəqiyyətlər arzulayıb, əlindən gələn “köməyi” edəcə-
yini və’d verdi. Beləliklə, Konovalov yanğınsön-
dürənlər dəstəsilə kəndi tərk etdi.
Qılınckəndi dastanı
71
Çanaq başımızda çatladı
Kənddə baş verən bu oyunlardan sonra kəndin
sovxoz direktoru İsa Bəbirov vəzifəsindən azad edildi.
(?) Ona görə ki, yuxarılar belə istədilər, ona görə ki,
o, torpağını müdafiə edirdi. Bu da sovxoz direktoruna
verilən “ən böyük mükafat” idi. Bütün bu həyəcanlar
İ. Bəbirova ucuz başa gəlmədi; o xəstələndi və vəfat
etdi. Haqsız ittihama dözə bilmədi onun ürəyi.
Kəndə sovxoz direktoru vaxtilə həmin vəzifəni icra
edən İbrahim Orucov qoyuldu. Cəlal Yolçuyevlə
Mirzə Aslanovun məsələsi isə növbəti iclasa qaldı.
Prokurorluq Mirzə Aslanov haqqında, işin təşkilatçısı
kimi, cinayət işi qaldırdı. Mirzə Aslanovdan sorğunu
təkcə Moskva və Bakı prokurorluğundan nümayən-
dələr deyil, eyni zamanda iki nəfər erməni prokuroru
da aparırdı.
Nəyə görə?
Oktyabrın 24-də meşədə baş verən hadisə zamanı
işin təşkilatçılarından biri, Dovex sovxozunun direk-
toru Raçik Mehrabyan də yaxşıca əzişdirilmişdi.
Amma yenə də kənd camaatında mərhəmət olub ki,
Fəridə Ləman
72
onu sağ buraxıblar. Yoxsa elə pambıqla baş kəsənlə-
rimiz var ki, bəhanə axtarırlar kötük üstünə baş qoy-
sunlar. Bir təhər R. Mehrabyanı camaatın əlindən
qurtarırlar. O gedən kimi Noyamberyan xəstəxana-
sına aparırlar. Rəhbərlik təklif edir ki, rayon partiya
komitəsinin III katibi M. Məmmədov və kəndin sov-
xoz direktoru (onda İ. Bəbirov hələ öz vəzifəsini icra
edirdi). İ. Bəbirov R. Mehrabyandan üzr istəmək
üçün Noyemberyana getməlidirlər. (?) Üzr istəməyə
göndərilən nümayəndələrin fikri R. Mehrabyana çat-
dırılır, lakin o, danışıqdan və onlarla görüşməkdən
imtina edir. Şübhəsiz bizimkilər olsaydı elə etməzdilər,
əsaya söykənməli olsalar da, birtəhər sürünüb gedər-
dilər.
Deyiblər ki, haqq nazirlər, üzülməz, ona görə ki,
haqqın yolu xalqın yaddaşından, tarixindən keçir.
Gec, ya tez haqq, ədalət öz yerini tapacaq. İ. Bəbirov
təkcə Kəmərli kəndinin yox, eyni zamanda Azər-
baycan xalqının fəxri idi. Yersiz həyəcanlar, təzyiqlər,
sıxıntılar onun həyatdan vaxtsız köçməsinə səbəb olsa
da, bu gün İ. Bəbirovu hamı xoş xatirə ilə yad edir.
Onun vaxtsız ölümü torpaq dərdini çəkə bilməməsi
idi.
İ. Bəbirov rayon partiya komitəsinin II katibi M.
Məmmədovla Noyemberyandan geri qayıdarkən onu
Qılınckəndi dastanı
73
xəbərdar edirlər ki, (erməni dostlarından biri) bura-
dan tez qaç, səni həbs edəcəklər. Belə də olur, onları
aparan maşın Ermənistan ərazisindən çıxmamış
DAM-ın maşını arxadan gəlib onları haqlayır. Gələn-
lər onları xəbərdar edirlər ki, Noyemberyan rayon
rəhbərliyinin tapşırığı ilə İsa Bəbirov geri qayıtmalı-
dır.
M. Məmmədov təmkinli şəkildə vəziyyətdən çıxır.
vəsiqəsini göstərərək deyir ki, Bakıdan qonaqlar
gəlməlidir, biz onları qarşılamalıyıq, geçikirik, bir
saata qayıdarıq, Ermənistan DAM-ın işçiləri razılaşıb
onları buraxırlar. İ. Bəbirov sonra daha Ermənistana
getmir.
Qarabağın maralı
Ermənilərin torpaq iddiası, şübhəsiz ki, təzə söhbət
deyildi. 1960-cı ildə Kəmərli kəndində sərhəd pozun-
tusu olanda kolxozun sədri qarabağlı qızı Həqiqət
Həsənova idi. H. Həsənova idarə aktivləri ilə sərhədə
gedir, torpaq üstündə mübahisə qızışır. Ermənilərdən
biri Həqiqət xanımı söyərkən o erməni dilini bildiyinə
görə söyüşü başa düşür, erməniyə şillə vurur və onları
oradan qovur. Kəndin Məlikli deyilən həmin hissə-
sində mal tövləsinin tikintisi başlanır. Tövlə tikildik-
dən sonra həmin hissədə sərhəd pozuntusu dayanır.
Fəridə Ləman
74
1984-cü il bölgüsündə həmin fermanın yeri də ermə-
nilərə düşdü. Ferma sökülüb, yeri dəyişdirildi.
Ermənilər sizi davaya çəkəcəklər
1984-cü ilin may ayında Qazax rayonunda keçirilən
fəallar yığıncağında MK katibi İsa Məmmədov da iş-
tirak edirdi. O, Kəmərli və Əskipara kəndlərinin rəh-
bərləri ilə görüşləri olduğunu bildirir. Onları qəbul
edərək ermənilərə münasibətlərini soruşur. Hər iki
kəndin nümayəndəsi MK katibinə bildirirlər ki, ermə-
nilər çox həyasızlıq edirlər, sərhədlərimizi pozurlar,
əkdiyimiz əkinin üstündən əkin əkirlər. Mübahisə baş
verən kimi kəndin sakinlərini erməni milisləri tutub
aparırlar. Rayon rəhbərliyinə bu barədə mə’lumat ve-
rəndə isə heç kim maraqlanmır, əksinə, DİŞ-in əmək-
daşları bizi incidirlər. İ. Məmmədov demişdir ki,
onlar alçaq və hiyləgər xalqdır. Sizi hər vasitə ilə da-
vaya çəkəcəklər. Siz davaya getməyin, nə də bir qarış
torpağınızı verməyin.
Qılınckəndi dastanı
75
Çörək tutsun sizi
Rayon XDS İcraiyyə Komitəsinin sədri Bəkir
Eyyubov kənd sovet sədri Mirzə Aslanovu, kəndin
təzə sovxoz direktoru İbrahim Orucovu və Partiya
təşkilat katibi Cəlal Yolçuyevi yanına çağıraraq bil-
dirir ki, yeni tərtib olunmuş xəritənin “təsdiq olun-
muş” (?) nüsxəsinə baxmaq üçün SSRİ
prokurorluğunun nümayəndəsi, SSRİ Baş yerquru-
luşçusu və siz Noyemberyan rayonuna getməlisiniz.
B. Eyyubov onu da qeyd edir ki, onların içində bir
nəfər erməni prokuroru da var, Azərbaycan dilini
yaxşı bilir, başqa söhbət etməsinlər.
Rayonun yerquruluşçusu mühəndisi Vəli kişidə
ərazi xəritələri var, lazım gəlsə istifadə edin.
M. Aslanovun yaddaşından: - Biz rayon prokurorlu-
ğuna gəlib maşınlara oturub. Əskipara yolu ilə Noyem-
beryana yola düşdük. Ermənistan sərhədinə çatanda
maşınlar dayandı. Rayon prokuroru M. Hacıyev ma-
şından düşüb dedi ki, uşaqlar, düşün, öz torpağımızda
çörək yeyib sonra gedək. Yanımızda olan erməni pro-
kuroru bildirdi ki, koyemberyanın katibi saat birdə bizə
yemək hazırladacaq. (Bu ziyafət, şübhəsiz, azərbayc-
anlılar üçün yox, rus himayədarları üçün təşkil olun-
muşdu. - F. L.) M. Hacıyev erməniyə tərəf yeriyib
Fəridə Ləman
76
dedi: “Aya, erməni, siz Azərbaycanın çörəyi ilə dola-
nıbsınız, Azərbaycanın çörəyinə nə olub ki, erməni çö-
rəyi yeyirik”.
Bizi Rəşid Muamyan qarşıladı. O, çox müsəlman-
pərəst idi. Çoxlu azərbaycanlı dostları var idi. R. Mu-
amyan Noyemberyan RPK-nın II katibi vəzifəsini
icra edirdi. Kəmərli meşəsində olan hadisədə o da
zədə almışdı. Buna baxmayaraq, Ermənistan proku-
rorluğunun tə’kidi ilə ona bizim kənd sakinlərinin
üzünə dayanmağı təklif etsələr də, heç nəyə nail ola
bilməmişdilər. R. Muamyan bizi I katib Sayad Petro-
syanın otağına apardı. S. Petrosyan soruşdu: - Bunlar
Kəmərlinin təzə rəhbərliyidir, yoxsa köhnə? Erməni
prokuror cavab verdi ki, sovxoz direktoru təzə, par-
tiya təşkilat katibi ilə kənd sovetinin sədri isə köhnə
işçilərdir. S. Petrosyan bu ifadədən bərk əsəbiləşərək
bildirdi ki, bəs bunları işdən, partiya sıralarından niyə
çıxartmayıblar. Və acıqla onu da əlavə etdi ki, biz
Azərbaycan respublikasının rəhbərliyi qarşısında on-
ların işdən və Sov. İKP sıralarından çıxarılması ba-
rədə məsələ qaldıracağıq.
Haşiyə: Sonra bizə xəbər çatdırdılar ki, həmin hadi-
sələrdə müsəlmanların üzünə dayanmadığı üçün Rəşid
Muamyan işdən azad edilmiş və avtomobil cəzasına sa-
lınaraq öldürülmüşdür.
Qılınckəndi dastanı
77
Xəritə köhnə çamadanda silahlı milislə gətirildi
S. Petrosyanın ədalı söhbətindən sonra heç birimiz
mübahisəyə qoşulmadıq, SSRİ prokurorluğunun
nümayəndəsi əsas məsələyə keçdi. Onun danışığından
aydın olurdu ki, Zaqafqaziya dairəsinə zəng edib, indi
nəzarət altında gətirəcəklər. Bir neçə dəqiqədən sonra
doğrudan da milis baş leytenantı əlində böyük köhnə
çamadan tutmuş bir nəfərlə içəri keçdi. Xəritəni gəti-
rənlərin hər ikisi erməni idi. Prokuror çamadanı qəbul
edib açdı. İçindən 1969-cu ildə çəkilmiş xəritə, Zaqaf-
qaziya dairəsinin ştampı, Ermənistan Ali Soveti səd-
rinin qolu ilə möhürü, Azərbaycan Ali Sovetinin
katibi Zərifə Şükürovanın qolu və Ali Sovetin ştampı
vardı. Xəritədə köhnə sərhdlər qara, təzələr isə qırmızı
xətlə nişanlanmışdı. Prokuror bizə dedi ki, azərbayc-
anlı yoldaşlar, mənim bu xəritəni sizə göstərməkdə
əsas məqsədim odur ki, gərək biləsiniz ki, bu torpa-
qlar hələlik Ermənistana məxsusdur. Siz öz xalqınıza
başa salın ki, dava salmaq lazım deyil. İki xalqın ara-
sına belə ziddiyyətin düşməsi ancaq bizim xarici
düşmənlərimiz üçün faydalıdır. (Çox təəssüf ki,
düşməni xaricdə axtarmışıq. Qalada yatıb atılan to-
plara oyanmayan bizlər ocağımızın başında oturan
düşmənlərimizi yaxşı tanımamışıq - F. L.)
Fəridə Ləman
78
İndi Moskvada bu iş araşdırılır. Bu torpaqların
kimə məxsus olduğunu gələcək göstərər. Sonra ray-
onun yer quruluşçusu mühəndisi Vəli kişi bizim xəri-
təni açıb izah etdi ki, bu torpaqların Ermənistana
verilməsinə heç bir əsas yoxdur. S. Petrosyan tez dil-
ləndi ki, sizin xəritə meşə xəritəsidir, bu xəritə isə
ondan artıq hüquqa malikdir. Moskvalı prokuror da
onun sözünü təsdiqlədi.
Moskvalı prokuroru ermənilər “Yola saldı”
Moskvadan gələn prokuror azərbaycanlı nümayən-
dələrlə Qazağa gedəcəyini bildirmişdi, ona görə də biz
aşağıda onu gözləyirdik. Bir saatdan sonra Qazaxdan
bizimlə gedən, Azərbaycan dilini bilib, hər sözümüzü,
söhbətimizi güdən erməni prokuror gəlib dedi ki, siz
gedə bilərsiniz, o yoldaş buradan Moskvaya getməli
oldu. M.Hacıyev ucadan yana-yana dedi: - A kəmərli-
lər, “başınız sağ olsun”, urus ermənilər verdikləri pul-
ları lazımi adamlara verməyə gedir. Ay uşaqlar inanın,
bu neçə vaxtda yemədiyimi ona yedirmişəm, əlimdən
gələn hörməti ona etmişəm ki, başını ermənilərə satma-
sın. Kimsə əlavə etdi ki, yoldaş Hacıyev, ermənilər həm
yediridir, həm də çamadanla yola salır...
Qılınckəndi dastanı
79
Torpaq yerinə heç zibil də verilməyəcək
Mən xəstəxanada olanda çox adamlar baş çəkməyə
gəlirdi. Gələnlərdən biri də Ağstafa dəmir yolunun nə-
zarətçi milislərindən biri idi. (Adını çəkməyi lazım bil-
mədik - F. L.) O mənimlə görüşəndə belə bir söhbət
etdi: - 1969-cu ilin əvvəliydi, iş başında idim. Azər-
baycan MK-nın birinci katibi V. Axundov və Ali So-
vetin sədri İsgəndərov qatarla Ağstafaya gəldilər.
Vaqon bir kənara çəkildi. Məni də vaqona keşikçi
qoydular, özümə də tapşırdılar ki, içəri heç kimi bu-
raxma. Vaqonun yanında növbə çəkirdim, birdən bir
qara “Volqa” vaqonun yanında saxladı. (Ermənistan
seriyalı). İki nəfər düşüb vaqona qalxmaq istədilər,
mən icazə olmadığını bildirdim. Onlar mənə güc gö-
stərmək istədikdə silahı çıxarıb hədələdim ki, geri çə-
kilməsəniz atəş açacağam. Mübahisənin qızğın
yerində vaqonun pəncərəsi döyüldü, İsgəndərov idi,
mənə işarə etdi ki, burax gəlsinlər. Onlar içəri keçdi-
lər, heç 5-10 dəqiqə olmamış içəridə qızğın mübahisə
başladı. İsgəndərov bir azdan onları söyüb, təhqir
edə-edə zorla vaqondan saldı və dedi - Sizə Torpaq
əvəzinə heç zibil də verilməyəcək! Ermənilər isə don-
quldana-donquldana vaqondan düşüb İsgəndərovu
hədələyə-hədələyə getdilər.
Fəridə Ləman
80
İsgəndərov vaqona qayıtdı və V. Axundovla ciddi
mübahisə başladı. Mən isə hər şeyə diqqətlə qulaq
asırdım. İsgəndərov qışqırırdı, bu dığaları sənsən
bizim üstümüzə qaldıran, nə torpaqdır, hansı torpaq-
dır, biz onlara verdiyimiz, azmı torpağımızı alıblar,
azmı bizə dağ çəkiblər ki, bir də həyasızcasına torpaq
istəyirlər. Nə olsun ki, A. Mikoyan SSRİ Ali Soveti-
nin sədridir. Axundov ona cavab verdi ki,
görmürsənmi, köpək uşaqları əl çəkmirlər, cəhənnəmə
olsun, bir az torpaqdı verək, əl çəksinlər. İsgəndərov
isə “Onlara bir qarış da torpaq verilməyəcək” - deyib,
pəncərədən bayıra baxanda mən oradan aralandım...
Haşiyə: Yeni tərtib olunmuş xəritədə İsgəndərovun
imzasının olmaması da milis işçisinin sözünü təsdiqlə-
yirdi.
Ot kökü üstündə bitər
Kəmərli kəndindəki münaqişədən sonra buraya
tez-tez ayrı-ayrı inzibati orqanlardan, MK-dən nüma-
yəndələr gəlirdi. Onların içində DİN-in birinci müavini
Qəhrəman Həzi Aslanovun oğlu da var idi. O, kənd ca-
maatına möhkəm durmağı, bir qarış da torpaq ver-
məməyi tapşırırdı. Bir sözlə, əlindən gələn köməyi
əsirgəmirdi, fəxrlə deyirdi: “Belə qəhrəman camaata
mənim canım da qurbandı”.
Qılınckəndi dastanı
81
Növbəti büro
1984-cü ilin axırlarında kəndə zəng edib bildirdilər
ki, sovxozun direktoru, həmkarlar təşkilatının sədri,
partkom, kənd soveti sədri və aktivlər rayona gəlsin-
lər.
Rayon partiya komitəsinin binasına daxil olan kimi
bizi təşkilat şö’bəsinə aparıb qərarla tanış etdilər. Qə-
rarda yazılırdı:
Dimitrov adına sovxoz partiya təşkilat katibi Ç.
Yolçuyev, Kəmərli kənd XDS İcraiyyə komitəsinin
sədri Mirzə Aslanov, sovxozun həmkarlar təşkilatının
sədri İsrafil Mustafayev 24 oktyabr 1984-cü il tari-
xində baş vermiş hadisədə xoşagəlməz və düzgün
mövqe tutmadıqlarına, hadisəni əvvəlcədən hiss edib
qarşısını almadıqlarına görə tutduqları vəzifədən və
Sov. İKP sıralarından azad olunsunlar.
Həmişə olduğu kimi rayon partiya komitəsinin bi-
rinci katibi büronu açdı, məsələ ilə iştirakçıları tanış
etdi. İlk söz C. Yolçuyevə verildi. O, cəzanın yüngül-
ləşdirilməsini, İ. Mustafayevin müharibə əlili kimi
Sov. İKP sıralarından çıxarılmasını xahiş etdi. Bun-
lardan fərqli olaraq M. Aslanov öz fikrini qəti şəkildə
bildirdi ki, torpağım üçün mən ölməyə hazıram, par-
tiya, hökumət də buna görə hansı cəzanı istəyirsə
Fəridə Ləman
82
mənə versin. Qafar Piriyev (o vaxt Kəmərli kənd orta
məktəbinin direktoru idi) çıxış edərək cəzanın yüngül-
ləşdirilməsini xahiş etsə də, Kəmərli kəndinin ziyalı-
larından bir neçəsi torpaq uğrunda mübarizə aparan,
canını, vəzifəsini qurban verən bu igid insanların cə-
zanı “haqlı” almalarını təsdiqləyirdilər. Görünür əllə-
rini böyüklərin ətəyindən həmkəndlilərinə görə
kəsmək istəmirdilər.
Bunlardan fərqli olaraq, rayon XDS-nın sədri B.
Eyyubov verilən cəzanın düzgün olmadığını, əsl cina-
yətkarın cəzalandırılmasını tələb etdi. Burada iştirak
edən digər ağsaqqallar da kənd sovet sədri haqqında
xoş söz dedilər, lakin bu katibin xoşuna gəlmədi. O
dedi: - Bayaqdan kənd sovet sədrinin gözəl gələcəyin-
dən, onun zədə almasından danışırsınız. Heç deyən
olmadı ki, respublikamızın Nazirlər Sovetinin birinci
müavinini, respublikanın deputatını döymüşük və
əlavə etdi ki, Mirzə Aslanovdan yaxşı artist olar. Bun-
lar kənd klubunda gözəl və dəqiq səhnə düzəltmişdi-
lər. Mirzənin səhvi onda oldu ki, səhnədən özünü
atanda bir az irəli düşüb başını stola vurdu. Sonra isə
sözünə davam edərək, büronun qərarını oxudu. Əvvəl
qəbul olunmuş qərar yerində saxlanıldı. Artıq büro
sona yetdi, qərar yerinə yetirilməli idi. A. Süleymanov
C. Yolçuyevə partiya biletini verməsini dedi. Partiya
Qılınckəndi dastanı
83
komissiyasının sədri M. Məsmalıyev bizə tərəf gəldi.
Yoldaşlar partiya biletlərinin alınmamasını xahiş et-
sələr də əhəmiyyət verilmədi. Mən dözə bilməyib par-
tiya biletimi M. Məsmalıyev üstünə atıb bürodan
çıxmaq istəyirdim ki, A. Süleymanov məni dala çağı-
raraq dedi:
- Aslanov, büro hələ qurtarmayıb, qayıdın, əyləşin.
Qayıdıb, oturdum, hər şey büronun qərarında göstə-
rilən kimi oldu.
Torpağı vəzifəyə qurban verməzlər
Bürodan çıxanda M. Aslanova, C. Yolçuyevə, İ.
Mustafayevə xəbərdarlıq edildi ki, idarədə olun, sizin
yerinizə qoyulacaq adamlara təhvil-təslim olacaq.
“Cinayətkarlar” inzibati orqanların nəzarəti altında
kəndə getdilər (?) Təhvil-təslimin səhərisi günü A.
Süleymanov və MK-nın nümayəndəsi kəndə gəldilər.
A. Süleymanov M. Aslanova dedi ki, sizin qanunsuz
çıxarılmanız barədə şikayət etmək fikriniz varmı?
Yoldaşlarını da yığ bir yerə, qanunsuz çıxarılmanız
haqqında hər yerə yazın. Katibin sözünə qarışan MK
nümayəndəsi də həmin fikirdə olduğunu dedi. Və
əlavə etdi ki, partiyanın nizamnaməsini oxuyubsu-
nuzmu? Sizin ilk partiya təşkilatlarından tutmuş si-
Fəridə Ləman
84
yasi büro üzvlərinə qədər yazmağa haqqınız var. Siz
nə edibsiniz, rüşvət almamısınız, adam öldürməmisi-
niz, gedin “işə” başlayın...
Biz nə pis iş etdik ki?..
Bu kəlmələr kənd soveti sədri işləmiş M. Aslano-
vundur. Bir halda ki, büroda Kəmərli hadisəsi cinayət
xarakterli iş kimi qiymətləndirilməmişdir və deyilmiş-
dir ki, o torpaqlar tarixən Kəmərliyə məxsus olub,
Kəmərlinin də olmalıdır. Görəsən bu hoqqabazlıq nə
üçün idi?
Və özləri demiş, bu adamlar nə pis iş
görmüşdülər???
Korun-korun yanan ocağın tüstüsü çox gözləri ya-
şartdı. Torpaqlarını müdafiə etdiklərinə görə sovxo-
zun komsomol təşkilat katibi Sərhəd Məmmədovun
komsomol sıralarından azad olunması məsələsi qal-
dırıldı. Və bu məsələ rayon komsomol komitəsinə hə-
valə edildi. Rayon komsomol komitəsinin birinci
katibi Əli müəllim məs’uliyyəti öz üzərinə götürərək
S. Məmmədovu işdən çıxarmaqla deyil, töhmət ver-
məklə kifayətləndi. Nəticədə isə Kəmərli hadisəsinə
görə Əli müəllimin özünü rayon komsomol komitəsi
katibliyindən azad etdilər. Guya o, rayonda gənclər
Qılınckəndi dastanı
85
arasında ideya-siyasi tərbiyə işlərini yaxşı qura bilmə-
yib, üsyanda yaşlı nəsillə birlikdə gənclər də iştirak
edib.
Camaat “ümidini” MK katibinə bağlamışdı
Deyirlər bir kəndlinin dəvəsi itir, o, mahnı oxuya-
oxuya dəvəsini gəzirmiş. Gəlib bulaq başına çıxır, qız-
lardan su istəyir. Qızlar ona su verib soruşurlar ki, ay
əmi, nə gəzirsən? Kəndli deyir ki, dəvəmi itirmişəm,
onu axtarıram, Qızlar deyir: - Ay əmi, dəvəsi itənin
kefi belə olmaz. Kəndli deyir ki, - Ay qızlar mənim
ümidim var ki, dəvəm o görünən dağın ətəyindədir.
Kef onda olacaq ki, dəvəni orda tapa bilməyim, siz
əminizin kefinə ondan sonra baxarsınız.
Bəli, 1985-ci ilin əvvəlləri idi, camaat böyük ümidlə
Azərbaycan MK-nın birinci katibini gözləyirdi. Və
nəhayət, xəbər gəldi ki, K. Bağırov gəlir. Və “Çayka”
markalı maşın DAM-ın işçiləri ilə əhatə olunmuş ma-
şınlarla başıbəlalı Kəmərli kəndinə daxil oldu.
Mirzə Aslanovun yaddaşından: Biz öz aramızda
məsləhətləşdik ki, hər şeyi olduğu kimi birinci katibə
demək lazımdır, o, yəqin ki, bir rəhbər kimi doğma tor-
pağımızın yadlara verilməməsi üçün əlindən gələni edə-
cək, biz də onu əsgər kimi qoruyacağıq.
Fəridə Ləman
86
... DİŞ-dən o qədər milis gəlmişdi ki, az qala hər
kənd sakininə bir nəfər nəzarətçi milis düşürdü. K.
Bağırov maşından düşüb, yerli sakinlərlə salamlaşdı
və camaatı kənd klubuna də’vət etdi. DİŞ-in rəis müa-
vini Elhami Hacıyev məndən xahiş etdi ki, görüş ərə-
fəsində mən içəri keçməyim. Görünür bu əvvəlcədən
düşünülmüşdü.
Kəndin klubunda K. Bağırov torpağımızdan 2105
hektar ermənilərə verilməli olduğunu söylədi və bil-
dirdi ki, əks təqdirdə, yə’ni bu torpaqlar ermənilərə
verilməsə, gərək Kəmərlinin əkin sahələrindən 2105
hektar torpağa su çəkilə ermənilərə verilə. Başqa yo-
lumuz yoxdur, ermənilər bizdən sərhəd boyu neçə min
hektar torpaq sahəsi istəyir. Onların isə bizə Qubadlı
rayonundakı sərhəddən “qızıl” torpaqları düşür. Er-
mənilər isə o torpağı bizə vermək istəmir, onda mən
Ermənistan MK-nın I katibi Dəmirçiyana deyəcəm
ki, onlar torpaqlarını bizə verməsələr, biz də sizin tor-
paqları verməyəcəyik...
Hamam hamam içində
Sonra katib izah etməyə çalışdı ki, əgər biz sizin
əkin sahənizdən 2105 sahəni planirovka edib Kürdən
su çəkdirməli olsaq, milyonlarla pul xərcləməli olaca-
Qılınckəndi dastanı
87
ğıq, mən məsləhət görürəm ki, ermənilər istəyən tor-
paqları onlara verək, həmin pulla da kənddə abadlıq
işləri görək. Katib sonra bir uşaqlıq xatirəsi danışdı:
“Mən orta məktəbdə oxuyanda atamın buxara papa-
ğını geyinib, məktəbə getmişdim. Həmin papağı mək-
təbdə uşaqlar oğurladı, mən çox axtardım, o papağı
tapa bimədim. O vaxt çoxlu ağladım. İndi də yadıma
düşəndə az qalıram ağlayım. Bilirəm, siz də çox ağrılar
keçirirsiniz, ömrü boyu o torpaqlar yadınıza düşəndə
ağlayacaqsınız. Bu işə mənim gücüm çatmır, imkanım
xaricindədir. Belə anda elə bilin ki, o torpağı mənə pay
verirsiniz”.
“Sizə elə şərait düzəldəcəyəm ki...”
Rəhbərlə görüşdə C.Mustafayev, M.Həkimov,
M.Yusifov, R.Rəhimov və başqa kənd sakinləri xahiş
etdilər ki, dədə-baba torpaqlarının, nənə-babalarımı-
zın məzarları olan o torpaqların verilməməsində öz
köməkliyini göstərsin. Axı kənd əhalisi yayda o me-
şələrdən yaylaq kimi istifadə edirdi, suyu bulaqlardan
götürürdü, nə üçün o yerləri verib kənd cammatı ar-
xasınca baxmalı idi, ona görəmi ki, yuxarılar belə is-
təyirdiər. Kənd cammatı isə bu cür “istəklə” heç cürə
barışa bilmirdi. Katib söz verdi ki, bu kənddə elə bir
Fəridə Ləman
88
şərait düzəldəcəyəm ki, heç nəyə ehtiyacları olmaya-
caq, hətta başqa kəndlərin sakinləri onların şəraitinə
küsənəcək. İndi icazə verin, mən gedim, bu gün
K.S.Dəmirçiyanla görüşüb, söhbət etməliyəm. O, hə-
yətə çıxanda cavanlara yaxınlaşıb soruşur: - “Neft”-
çiyə balet edirsinizmi? İstəyirsiniz sizə yaxşı bir
stadion tikdirim. Cavanlardan heç kim ona cavab
vermir. Kəndin qeyrətli cavanlarından M.Dərgahqu-
liyev deyir: - “Bizim gözəl torpaqlarımızı zorla əlimiz-
dən alıb ermənilərə verirsiniz, indən sonra heç
yaşamaq da istəmirik”. K.Bağırov gülümsünərək
deyir: - “Eybi yoxdur, tələsməyin, hər şey yaxşı
olar”...
Yağı şora dəyişdilər
Həmin xəritəyə görə torpağın müəyyən hissəsi də
Aşağı Əskiparadan verildi. Və rəhbər Bakıya qayıdan
kimi müəyyən nazirliklərə Kəmərli kəndində tikinti
aparmağı tapşırıq verdi. İncə çayının qabağı kəsilib
dəryaça yaradıldı, torpaq sahələrindən bir hissəsinə
su çəkildi. İncə çayının üstündən iki körpü salındı. (Se-
ment satıldığına görə körpülər az müddətdə bir neçə
dəfə uçdu. Bir körpü isə tamam darmadığın olub.
Çayın bu tərəfindəki camaatın o biri tərəfə keçməsi
üçün gərək kəndin başına dolanasan.) Uşaq bağçası,
hamam (heç hansı fəaliyyət göstərmir), mağaza, mək-
Qılınckəndi dastanı
89
təb tikildi, kəndə asfalt yol çəkildi. (Belə yolları əvvəl-
lər də çəkirdilər. Məsələn, eşidəndə ki, rəhbərlərdən
biri kəndə gələcək, alabaşına, külbaşına edib, oradan-
buradan və ya rəhbər hansı istiqamətdə gedəcəksə,
oraya qədər əlləşib bir iş görürdülər.) Tikintilər tələsik
və keyfiyyətsiz aparılırdı.
Nazirlər Sovetinin sədri kəndə gəldi
Kənddə tikinti ilə əlaqədar Azərbaycan Hazirlər
Sovetinin sədri H.Seyidov uyğun tikinti nazirləri ilə
kəndə gəldi. Hər yerdən əli üzülmüş kənd cammatı ha-
disəni H.Seyidova da dedilər, köhnə xəritəni tələb et-
dilər. O, cavab verib ki, həmin xəritə tapılmır,
ermənilər onu yandırıb. Sonra H.Seyidov ermənilərə
verdikləri meşəyə baxmaq istəyib. Bu zaman Sov.İKP
sıralarından azad olunan kənd soveti sədri M.Asla-
nov günahsız yerdən belə cəzaya “layiq olduğunu”
Hazirlər Sovetinin sədrinə çatdırmaq istəyəndə o, çox
sərt cavab vermişdi: “Təqsiriniz var, mən sizə heç bir
köməklik edə bilmərəm”.
HAŞİYƏ: M.Aslanov: Mən, H.Seyidovdan ümidve-
rici nəsə eşitmək istəyirdim. Amma belə olmadı, olan-
qalan ümidim də puça çıxdı. Özümü daha təhqir
olunmuş bildim. Mənə tə’sir edən o idi ki, xalqın adın-
dan vəzifəyə gələn bu adamlar niyə xalqa can yandır-
Fəridə Ləman
90
mırlar, onların nəyi çatmırdı? Onda mənim nə evim
vardı, nə də ailəmi dolandıra biləcək gəlirim...
Ermənilər meşəni doğrayırdılar
H.Seyidov rayon rəhbərliyi ilə Qılınckəndi meşə-
sinə gedəndə, görürlər ki, ermənilər meşəni doğrayır.
Rayon partiya komitəsinin birinci katibi Aslan Süley-
manov ürək ağrısı ilə deyir ki, əgər ermənilər meşəni
bu cür doğrasalar bulaqlar quruyacaq, Kəmərli kən-
dinin əhalisi susuz qalacaq. H.Seyidov isə cavabında
deyir: - Meşə, torpaq onlarındır, özləri bilər, bu işə
qarışmağa bizim ixtiyarımız yoxdur.(?!)
HAŞİYƏ: Kənd sovet sədrinə H.Seyidovun sərt ca-
vabı onun özünü peşman edir. A.Süleymanova bildirir
ki, kəndə qayıdan kimi o oğlanı tapın, görüşmək istə-
yirəm. Kənd sovet sədri işləmiş M.Aslanovu axtarıb
tapmırlar. H.Seyidov A.Süleymanova tapşırır ki, onu
yaxşı bir işlə tə’min edin. M.Aslanov bu məsələni eşi-
dəndə demişdir: “Məni tapsaydılar da görüşə getməyə-
cəkdim”.
M.Aslanov: Biz işdən təzə azad olmuşduq. Proku-
rorluq öz işini davam etdirirdi. İ.Bəbirov çox bikef idi,
səbəbini soruşanda dedi ki, Mirzə, nə tutulmaqdan, nə
ölməkdən qorxmuram. Ölsəm qorxuram ki, namərdlər
bu işi uşaqlarımın üzünə çəkərlər, gorum çatlayar.
Bizi işdən çıxartdıqdan sonra bir müddət işsiz qal-
Qılınckəndi dastanı
Ardı var
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR