» » Poeziya işığında

Poeziya işığında

Müəllif: Sevinc Novruzova
//
Tarix: 11 aprel 2014
//
Bölmə: Ədəbiyyat
Poeziya işığında




Neylədin? (Qoşma)


Çıçəklər çıçəyin bəyənməyən dost,
Gül dediyin ballı sözü neylədin?
Nazik geyib, asta gəzən gözəlim,
Can yandıran odlu nazı neylədin?
x x x
Sən gələndə tər tökürdü çiçəklər,
Sığal çəkib tez süzürdü göyçəklər.
Gülüşündən nəm çəkirdi birçəklər,
Tərlan gəzən, oğrun gözü neylədin?
x x x
Öyünürdün, səhər əsən meh kimi,
Ürəklərə nəm salırdın şeh kimi.
Göz qaytaran ahın vardı, beh kimi,
Sən səpdiyin doğru-düzü neylədin?
x x x
Demirəm ki, sən həyatdan doymusan,
Demirəm ki, gözəllikdən soyumusan,
Demirəm ki, şuxluğundan qalmısan,
Gül səpdiyin köhnə izi neylədin?
x x x
Əvəz sordu səni güldə arıdan,
-Mən sormuşam üzü şişib yarıdan.
Cumub baxdım sənə, hündür barıdan
Bal süzülən narın üzü neylədin?



Əvəz Süleyman




QafqazPRESS.az
banner125x125 banner125x125