» » Poeziya işığında

Poeziya işığında

Müəllif: Sevinc Novruzova
//
Tarix: 22 may 2014
//
Bölmə: Ədəbiyyat
Poeziya işığında



Gözlərim keçmişi qaytara bilsə



Getdiyin yollara baxmağa nə var?
Gözlərim gedəni qaytara bilsə.
Dərdlərdən bir günlük qaçmağa nə var?
Bir ömür o günü ovuda bilsə.

Barmaq uclarına köçən zəriflik
Bir iz saxlamadan çəkilə bilsə,
Keçmişlə bir ömür sürməyə nə var?
Əllərim istisin qoruya bilsə.

Hər üzdə cizgini tapmağa nə var?
Ürəyim yüz yerə bölünə bilsə.
Sözlə körpü salıb keçməyə nə var?
Ünvanı körpülər tanıya bilsə.











Hər sözdə bir hərfi dəyişən uşaq




Dəyişdi paltarın balaca uşaq,
Böyüdü, özünü qocaldı bildi.
Kimdən soruşdusa, harda qalacaq?
Ürəyin qapısın döyə bilmədi.

Dəyişdi əynini sevdiyi fəsil,
Yağışın götürüb yaza köç etdi.
Dünyaya gəldiyi gün payız idi,
Bəyazın görüncə, qışa köç etdi.

Dəyişdi ümidin rəngini soyuq,
Görəndə yayın da şaxtası olur.
Keçmiş də yolüstü fikir dəyişdi,
Biləndə təzənin keçmişi olur.

Dəyişdi hər sözdə bir hərfi uşaq,
Təkcə bəxt sözünü dəyişdirmədi.
Dəyişən fələk də, kələk olunca,
Gülərək doğulan gülə bilmədi.


Ləman Məmmədova



QafqazPRESS.az
banner125x125 banner125x125