» » Ən məşhur erotik əsərlər

Ən məşhur erotik əsərlər

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 iyul 2014
//
Bölmə: Ədəbiyyat
Ən məşhur erotik əsərlər



Milli.Az 1937.az-a istinadən Sevinc Fədainin yazısını təqdim edir
İndi kitab bazarının göydə satılan kitabları erotik ədəbiyyatdır. Nəşriyyatlar bu mövzuda yazan yazıçılar, oxucular bu mövzuda romanlar axtarır.

Müasir dövrdə E. L. Ceymsin “Qrinin 50 kölgəsi” romanı ilə başlayan erotik kitab dalğasını Silviya Deyin alovlu seks səhnələriylə dolu “Sənə soyundum”, “Sənə bağlandım”, Vina Ceksonun bolluca şəhvət vəd edən “Səksən gün” kimi romanları davam etdirir.

Erotika və ədəbiyyat

Yaxşı, əsasən qadınların yazdığı, asan oxunan, mövzusu eşq, cinsi münasibətlər olan və qadın xarakterinin üzərində qurulan bu kitablar ötəri bir terenddirmi? İllər sonra bu romanlar da Markiz de Sadın, Henri Millerin əsərləri kimi yadda qalacaqmı?

Ard-arda çap edilən və satış rekordu qıran bu erotik kitabların ədəbi dəyəri müzakirə edilərkən, qadın-kişi münasibətləri və paralel olaraq bu romanlar sayəsində dəyişən qadın obrazları da araşdırılır.

Həyatın mənası və vacib hissəsi olan erotizmin cəmiyyətə güzgü tutan ədəbiyyata gəlişi yeni bir şey deyil. Erotik ədəbiyyatın yaddaqalan ola bilməsi üçün gerçəyin estetik sənət əsəri kimi təqdim edilməli olduğunu da bilirik. Bu gün hələ də Markiz de Sadın əsərləri oxunursa, onlar haqqında sözün əsl mənasında, ədəbiyyat sənəti kimi danışmaq olar.

Evdar qadınlar üçün porno

“Qrinin 50 kölgəsi”nin müəllifi, orta yaşlı köhnə televiziyaçı E. L. Ceyms “sadəcə, fantaziyalarımı yazdım” desə də, “Crossfire” üçlüyünü qələmə alan iki uşaq anası Silviya Deyin sözlərinə görə, yaxşı erotik əsər yazmaq üçün bakirə olmamağı və zəngin seks təcrübəsini şərt bilir.

Bunları oxuyub “Kitab yazmaq necə də asanmış” deyə bilərsiniz. Ancaq Silviya deyir ki, elə hər kəsin seks həyatını yazması kitab ola bilməz, bu, heç də asan iş deyil. Digər tərəfdən, onsuz da Nə Ceymsin, nə də Deyin ədəbiyyatın şah əsərini yazmaq kimi bir iddiaları da yoxdur. Amma bu romanlar haqqında “Evdar qadınlar üçün porno”, “Ədəbiyyata heç bir aidiyyəti yoxdur” deyilsə də, satış üzrə rekord vurduqlarını düşünəndə bu əsərlərin başqa mesajlar verdiyini görürük.

Qadınların cinsi manifesti

Bu mənada erotik kitabların ən çox qadınlar tərəfindən oxunması, ilk növbədə, inkişaf etmiş cəmiyyətlərdə qadının artıq cinsi həyatlarında daha tələbkar, arzularını dilə gətirməkdən çəkinməmələri, sevişməyi təbii haqqları olaraq görmələri kimi qiymətləndirilə bilər. Başqa cür desək, qadınların bu inkişafını bir növ cinsi manifest kimi izah etmək olar.

Əlçatmayan qəhrəmanlar

Bir məqamı da danmaq olmaz. Belə ki, əslində, erotik kitablardakı obrazların hər gün rastlaşdığımız adi tiplərdən olduğunu deyə bilmərik. Məsələn, Vina Ceksonun qələmə aldığı “Arzunun rəngi” əsərində skripkaçı Sammer Zahovaya təhrikedici təklif edən varlı professor Dominik və ya Silviya Deyin “Sənə soyundum” kitabında cinsi macəralara can atan və Nyu-Yorkun bərkgedən subay oğlanlarından olan Eva, inanılmaz dərəcədə sərvət sahibi Qodeon qadınların tez-tez qarşılaşdıqları kişilərdən deyil.

Eynilə, bu kimi romanlarda qadın qəhrəmanlar da gözəl, seksi, uzunboylu, zərif qadınlar olduğundan adi insanlardan fərqli bir portret canlandırırlar. Başqa sözlə, bu romanlarda seksin hələ də evlilik sərhədi daxilində dəstəkləndiyi ölkələrdəki qadınlar üçün əlçatmaz olan bir dünya təsvir edilir. Amma etiraf edək ki, bu əsərlər eşq və cinsi həyat kimi məhrəm və özəl münasibətlərin necə qurulmalı olduğunu göstərir.

Erorik romanların missiyası

Nəticədə, kitabların çox satılmasına səbəb olan seks mövzusu erotik ədəbiyyat dalğasında öz missiyasını yerinə yetirir. Şəhvət dolu kitablar insanları darıxdırıcı yaşayışlarından qısa müddət də olsa, uzaqlaşdırmaqla yanaşı, cinsi münasibətlərini necə tənzimləyəcəklərini, həmçinin, onların gerçək həyatda yaşaya bilmədiklərini əks etdirir. Yəni onları yemək və ya musiqi kitabları kimi ayrıca bir kateqoriyaya da aid edə bilərik.

Ciddi ədəbiyyat hesab etməsəniz belə, sizin üçün ən çox oxunan erotik kitabların siyahısını təqdim edirik:

1. E. L. Ceyms - “Bozun 50 çaları”

2. E. L. Ceyms ­- “Qaranlığın 50 çalarıi”

3. E. L. Ceyms - “Azadlığın 50 çaları”

4. Silviya Dey - “Yatağımdakı yad”

5. Silviya Dey -“Səndə özümü tapdım”

6. Silviya Dey - “Sənə bağlandım”

7. Silviya Dey - “Günaha dəvət”

8. Heydi Bets - “Açılmaz düyün”

9.Vanessa Kelli - “Ürək oğrusu”



QafqazPRESS.az
banner125x125 banner125x125