CAVİD QÜRURU
O, könül verəndən şeirə, sözə,
Tanrısı məhəbbət, gözəllik oldu.
Özünü “Azər”də tanıtdı bizə
Qəfil gələn qışla həyatı soldu.
“İblis” insanların şərinə düşdü,
“Ana” fəryadını duymadı onlar.
Kimsə anlamadı bu necə işdi,
Töküldü nə qədər günahsız qanlar.
“Kəssə hər kim tökülən qan izini…”
“Peyğəmbər” söylədi bəşəriyyətə.
Tapa bilmədilər həmin dahini
Ki, xilaskar olsun insaniyyətə.
“Afət” nalə çəkdi belə vəhşətə,
“Şeyda”, “Maral”, “Knyaz” çaş-baş qaldılar.
“Topal Teymur” diksindi bu dəhşətə,
Müəllifi zindanlara saldılar.
“Şeyx Sənan” “Uçrumda” tapdı nicatı,
Fəqət yıxlılmadı, qalxdı göylərə.
O, məsud görərdi bu kainatı
“Din bir olsa idi” bütün ellərə.
“Ədalət günəşi” doğdu nəhayət,
Onun şəfəqləri çatdı bizə də .
Günahsız qurbanlar aldı bəraət,
Əsrin “Səyavuşu” oldu özü də.
Bu “Günəş” əritdi o buzluqları,
Cavid çiyinlərdə Vətənə döndü.
Məqbərə ucaltdı El Ağsaqqalı,
Millət fəxarətlə baxıb öyündü.
Qədim Nuh yurdunun hər bir qonağı
“Cavid Muzeyi”ni ziyarət edir.
Yenə işıqlıdır qonaq otağı,
Mişkinaz, Ərtoğrol, Turan evdədir
Onların büstləri qoyulub burda,
Ruhları “Cavidlər türbəsi”ndədir.
Nakam bir ailə qovuşub orda,
Ziyarət məqbərə dövrəsindədir.
Toy günü gələrək bura sevənlər,
And içir Cavidlər sədaqətinə.
Sevgidə sadiqlik yolun seçənlər
Daim sinə gərər hər bir çətinə.
“Cavid” məqbərəsi bir qibləgahdır,
O böyük dühanın heyranlarına.
Yurdun azadlığı ona agahdır,
Qürur duyur baxıb insanlarına!
Tanrısı məhəbbət, gözəllik oldu.
Özünü “Azər”də tanıtdı bizə
Qəfil gələn qışla həyatı soldu.
“İblis” insanların şərinə düşdü,
“Ana” fəryadını duymadı onlar.
Kimsə anlamadı bu necə işdi,
Töküldü nə qədər günahsız qanlar.
“Kəssə hər kim tökülən qan izini…”
“Peyğəmbər” söylədi bəşəriyyətə.
Tapa bilmədilər həmin dahini
Ki, xilaskar olsun insaniyyətə.
“Afət” nalə çəkdi belə vəhşətə,
“Şeyda”, “Maral”, “Knyaz” çaş-baş qaldılar.
“Topal Teymur” diksindi bu dəhşətə,
Müəllifi zindanlara saldılar.
“Şeyx Sənan” “Uçrumda” tapdı nicatı,
Fəqət yıxlılmadı, qalxdı göylərə.
O, məsud görərdi bu kainatı
“Din bir olsa idi” bütün ellərə.
“Ədalət günəşi” doğdu nəhayət,
Onun şəfəqləri çatdı bizə də .
Günahsız qurbanlar aldı bəraət,
Əsrin “Səyavuşu” oldu özü də.
Bu “Günəş” əritdi o buzluqları,
Cavid çiyinlərdə Vətənə döndü.
Məqbərə ucaltdı El Ağsaqqalı,
Millət fəxarətlə baxıb öyündü.
Qədim Nuh yurdunun hər bir qonağı
“Cavid Muzeyi”ni ziyarət edir.
Yenə işıqlıdır qonaq otağı,
Mişkinaz, Ərtoğrol, Turan evdədir
Onların büstləri qoyulub burda,
Ruhları “Cavidlər türbəsi”ndədir.
Nakam bir ailə qovuşub orda,
Ziyarət məqbərə dövrəsindədir.
Toy günü gələrək bura sevənlər,
And içir Cavidlər sədaqətinə.
Sevgidə sadiqlik yolun seçənlər
Daim sinə gərər hər bir çətinə.
“Cavid” məqbərəsi bir qibləgahdır,
O böyük dühanın heyranlarına.
Yurdun azadlığı ona agahdır,
Qürur duyur baxıb insanlarına!
ƏLƏKBƏR QASIMOV
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR