QURANİ-KƏRİMDƏ BAŞ ÖRTMƏK HÖKMÜ VARMI?
[center]
Baş örtüyü mövzusu bütün zamanlarda müzakirəyə səbəb olub və indi də aktuallığını itirmir. Bu mövzuya həm yerli, həm də xarici kütləvi informasiya vasitələrində tez-tez toxunulsa da, məsələ hələ də qızğın müzakirə predmeti olaraq qalmaqdadır. Düşünürük ki, bunun əsas səbəblərindən biri təkcə mövzu ilə bağlı ayələrin deyil, bütövlükdə Quranın Azərbaycanda elmi cəhətdən tam araşdırılmamasında,ölkəmizdə təfsir elminin yox dərəcəsində olmasındadır. Quran-i-Kərimin elmi cəhətdən araşdırıldığını düşünənlər onun Z.M.Bünyadov və V.M.Məmmədəliyev tərəfindən Azərbaycan dilinə tərcüməsini misal gətirə bilərlər. Amma bu, tərcümədir, yəni ayələrin sözbəsöz dilimizə çevrilməsidir ki, bu da ayələrin mənasını anlamağa kifayət etmir, bunun üçün onların müfəssəl izahına ehtiyac duyulur ki, bununla da təfsir elmi məşğul olur.
Təfsir nədir? Təfsir-yəni izah etmək, şərh etmək. Təfsir Quran-i-Kərimin mətninin hər bir sözünün mənasının müfəssəl şəkildə şərhi deməkdir. Quran mətninin izah edilməsinin vacibliyinə hələ ayələr ilk vaxtlar nazil olmağa başlayanda ehtiyac yaranmışdı.Sual oluna bilər: niyə? Axı, Quran ərəblərin öz dilində nazil olmuşdu, həm də bu ayələri Peyğəmbərin(s) dilindən ilk eşidənlər də onlar olmuşdular. Bu suala cavab vermək üçün ilk növbədə tarixi şəraiti və Ərəbistan yarımadasındakı cəmiyyətin hansı inkişaf mərhələsində olmasını nəzərə almaq lazımdır. Quranın nazil olmasından və islamın yaranmasından əvvəlki dövr, təsadüfən cahiliyyə dövrü adlandırılmayıb, həm də ərəblərin özləri tərəfindən!!! Təbii ki, cahil ərəblərin şərhsiz, izahsız Quran ayələrini doğru-düzgün anlaması mümkün ola bilməzdi, nəzərə alsaq ki, o, ərəb dilinin üslub və məzmun baxımından ən ali, təkrarsız nümunəsidir.
Quran ayələrini şərhə ehtiyac edən səbəblərdən biri də mənası aydın (möhkəm) və gizli (mütəşabih) ayələrin olmasıdır, üstəlik də ərəb dilçi alimlərinin iddia etdiklərinə görə, Quran mətni yeddi ərəb tayfasının dialektində nazil olub ki, həmin tayfalar da aralı yaşadıqlarından bir-birini anlamırdılar.Sadaladığımız səbəblər islamşünaslıqda təfsir elminin yaranmasına və bu sahədə sanballı, mötəbər təfsir alimlərinin- müfəssirlərin meydana çıxmasına səbəb oldu. Amma bizə məlum olan təfsir kitabları əsasən ərəb, fars dillərindədir. Azərbaycan dilində olan təfsir kitabları ərəb qrafikası ilə yazılıb ki, bu da geniş oxucu kütləsinin onlardan yararlanmasına imkan vermir.
xxx
Azərbaycanda təfsir elminin yaranması Quran mətnindəki sözləri dilimizdə müfəssəl şərh etməyə ,onların hər birinin leksik-qrammatik mənalarının, mahiyyətinin və mənşəyinin təhlilinə ciddi kömək edə bilər ki, bu da insanların uzaq düşdüyü Quranı dərk edərək oxumasına, hələlik isə bəzi ayələrin hökmlərinin doğru anlaşılmaması səbəbindən bir-birindən ayrı düşmüş insanların yaxınlaşmasına, sonunda da vahid bayraq -İslam bayrağı altında toplanmasına kömək edər. Amma hələlik biz bu haqda yalnız xəyallar qururuq və əlimizdə olan mənbələrlə kifayətlənməyə məcburuq.
Qayıdaq mövzumuza. Baş örtüyü məsələsi cəmiyyəti düşündürən ən mühüm məsələdi. Azərbaycanda islamın məişət səviyyəsində olduğunu nəzərə alıb biz də məhz buna görə bu məsələyə müraciət etmək və bununla bağlı Quran -i-Kərimdəki ayələrə elmi nöqteyi-nəzərdən yanaşmaq qərarına gəldik. Bəri başdan qeyd etməliyik ki, istinad edəcəyimiz mənbə Z.M.Bünyadovun və B.M.Məmmədəliyevin dilimizə tərcümə etdikləri “Quran-i-Kərim”dir.
********
Hər bir fərd əxlaq çərçivəsindən çıxmamaq şərtilə geyim, o cümlədən baş örtüyü məsələsində azaddır. Əgər başı bağlı qadın: “Başını niyə bağlamısan?”- sualına: “Bu, mənim öz seçimimdir, yaxud da: “Yaxınlarımın istəyilə başımı örtmüşəm”-deyə cavab verərsə, o zaman: “Lə ikrahə fi-d-din” – “Dində məcburiyyət yoxdur” (“Bəqərə;256) ayəsinə əsaslanaraq bir kimsənin ona irad bildirməyə haqqının olmadığını düşünməliyik. Yox, əgər o: “Bu, Allahın əmridir!” -deyə cavab verərsə, o halda Allahın vəhy toplusu olan “Quran-i-Kərim”ə müraciət etməyimiz lazım gələcək .
Quranda müsəlman qadınların geyimi ilə bağlı üç ayə var. Bunlar “Nur”surəsi;31,60.) və “Əhzab” surəsinin 59-cu ayəsidir. Ardıcıllıq baxımından mövzuya “Nur”surəsinin 31-ci ayəsindən başlayıb dilimizə tərcümə olunmuş mətni olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
“Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər(naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl,üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üzərinə çəksinlər; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından) yaxud öz oğullarından , yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz(müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik cariyələrdən) yaxud, kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Alllaha tövbə edin ki,bəlkə nicat tapasınız! (Mətləbinizə çatasınız!)”
Ayənin təhlilinə keçməzdən əvvəl qeyd etməliyik ki, Azərbaycan dilinə tərcümə edilmiş mətndəki mötərizədə verilən sözlər tərcüməçilər tərəfindən əlavə olunub. Belə əlavələr bu və ya digər dildən çevrilmiş mətnlərin daha aydın başa düşülməsi üçün edilir. Bəzən də bu cür əlavələr mətndən səhv və məntiqsiz nəticələrin çıxarılmasına gətirir ki, buna da misal olaraq yuxarıdakı ayəni göstərmək olar. Qadını öz istəklərinə uyğun yaşatmaq istəyən düşüncə sahibləri də məhz bu cür əlavələrdən heç bir məntiqə əsaslanmayan hökmlər çıxarır və onları insanların beyinlərinə yeridirlər.
Digər ayələrdə olduğu kimi, yuxarıda qeyd etdiyimiz ayədə də Allah-Təala Peyğəmbərə (s) müraciət edir və harada olmalarından asılı olmayaraq özlərini rahat hiss etmələri üçün qadınlara necə davranmaları və necə geyinmələri ilə bağlı tövsiyyələr verir:
“Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər…”- bu cümlədə qadınlara baxışlarına nəzarət etmək tövsiyyə olunur. Əgər qadın bir naməhrəmlə danışmağa məcbur olarsa-bu iş yerində də, cəmiyyət arasında da, hətta öz evində belə ola bilər-bu zaman müəyyən həddi gözləməlidir: nəzərlərini əks cinsin sifətinə dikməməli və söhbəti çox uzatmamalıdır.
Burada bir vacib məqamı qeyd etməliyik-bundan əvvəlki ayədə Allah Təala eyni tövsiyyələri kişilərə də verir: “(Ya Məhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar),ayıb yerlərini (zinadan) qorusunlar(və ya örtülü saxlasınlar).Bu, onlar üçün (ədəb-ərkan) daha yaxşıdır.Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!”(“Nur”;30).
Bu ayədə isə:”Zuyyinə li-n-nəsi hubbu–ş-şəhəvati...“-“İnsanlara ( həm kişi,həm də qadınlara) şəhvətin və nəfsin arzuladığı şeylər gözəl göstərilmişdir…”(“Ali-İmran”;14).Məhz bu şəhvət və nəfs qadın və kişiləri pis yola çəkməsin deyə Allah Təala onlara yuxarıdakı tövsiyyələri verir.
“…Öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə )göstərməsinlər– bu cümlədə zinətsözünə aydınlıq gətirilməli, mətndə hansı mənada işləndiyi müəyyənləşdirilməlidir. Bəzi şərhçilər bunun qadın bəzək əşyaları olduğunu düşünürlər ki, bu da səhv fikirdir, ona görə ki:
-birincisi: ayədə qadının əks cinslə təması zamanı şəhvət hissinin yarana biləcəyi guman edilir və məhz bunun qarşısının alınması üçün qadınlara naməhrəmlə söhbət edərkən baxışlarına nəzarət etmək və söhbəti uzatmamaq tövsiyyə olunur. Buna həyalı, iffətli davranmaq deyilir. Təbii ki, bu qayda qadının yalnız yad kişilərlə münasibətinə şamil olunur, öz doğmaları arasında isə, ədəb-ərkan qaydalarını gözləmək şərtilə o, sərbəst olmalıdır.
-ikincisi:qızıl zinət əşyası şəhvət yox,həsəd hissi yarada bilər ki,bunu da əsasən qadınlara şamil etmək olar;
-üçüncüsü: qızıl zinət əşyası əks cinsdə şəhvət deyil, hərislik yarada bilər ki,bunun da ayənin mövzusu ilə qətiyyən əlaqəsi yoxdur.
Beləliklə, ayədəki zinət sözünün zinət əşyası deyil, qadının əks cinsdə şəhvət doğuran bəzi bədən üzvləri olması qənaətinə gəlirik ki, bunu da irəlidə daha aydın şəkildə görəcəyik.
Ayədə: “öz-özlüyündə görünən (bədən üzvləri ) istisna olmaqla (əks cinsdə şəhvət doğura biləcək zinətlərini ) göstərməsinlər”-deyilir. Öz-özlüyündə görünən bədən üzvlərinin hansıların olduğu ərəb dili mətnində göstərilmir, dilimizə çevrilmiş mətndə isə bunların əl və üz olduğu guman edilir. Biz də həmin nahiyyələrdən birinin qadının sifətinin olduğunu düşünürük. Əvvəla ona görə ki, bundan əvvəl gələn cümlədə Allahın qadınlara naməhrəmlə söhbət edərkən verdiyi tövsiyyələrlə artıq tanışıq. Əgər sifət şəhvət doğuracaq nahiyyə olsaydı, Allah Təala sifətin bağlanıb naməhrəmə göstərilməməsini istəyərdi və bunu açıq bildirərdi. Amma qadının yolla gedərkən ayağının altına baxması üçün gözləri, nəfəs alması üçün burnu, danışması və ictimai yerlərdə yemək yeyib su içməsi üçün sifətinin açıq olması şərtdir!
Öz-özlüyündə görünən bədən üzvləri sırasına qolları və ayaqları da aid etsək, düşünürəm ki, yanılmarıq. Amma burada onların açıqlıq həddi müəyyənləşdirilməlidir, çünki bu haqda da Quran bizə bir söz demir. Bir çox hədislər, bir sıra islam alimlərinin fikirləri ilə tanış olduqdan sonra belə qənaətə gəldik ki, bu məsələdə yekdil rəy yoxdur. Bəzi alimlər qadının ayaqlarının dizdən aşağı, bəziləri topuqdan bir qarış yuxarıya qədər, qollarının isə dirsəklərə qədər açıqda olmasını məqbul hesab edirlər. Bir məsələyə dair alimlərin müxtəlif fikirdə olması bizə bunu deməyə əsas verir ki, Quran ayələrini təhlil edərkən hədislərə deyil, məntiqə əsaslanmaq daha doğru olardı.Elə bu səbəbdəndir ki, Allahın ayələrindən öz istəklərinə uyğun fətva verən düşüncə sahiblərindən kimisi qadınların yalnız gözlərini, kimisi isə yalnız bir gözünü açıq saxlamaq şərtilə başdan ayağa bürünməsinə hökm verib. Əslində Allahın Özü buna qarşıdır:
Həccə getmək istəyənlərə xəbər var
Həccə getmək istəyənlərə xəbər var
“…Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur...”(Yusif;40).
“…O heç kəsi Öz hökmünə şərik etməz!”
“Rəbbinin kitabında sənə vəhy olunanı oxu. Onun sözlərini (mənasını) heç kəs dəyişdirə bilməz. Allahdan başqa heç bir sığınacaq tapa bilməzsən! (“Əl-Kəhf;26;27).
Ayələrdən aydın olur ki, Allah Təala verdiyi hökmlərdən doğru nəticələr çıxarmaq üçün başqa mənbələrə müraciət etməyimizi istəmir, Quranda hökmü olmayan məsələlərin həllini biz insanların ixtiyarına buraxır, çünki Onun hökmlərini anlamaq və məntiqli nəticə çıxarmaq üçün O bizlərə ən dəyərli nemət olan ağıl verib,yetər ki onu işə salaq. Allah Təala buyurur: “…Allah (Özünün öyüd-nəsihətlərini, hökmlərini) anlamayanları qəzəbə, əzaba düçar edər” (Yunus;100). Biz də Allahın istədiyinə əməl edərək ayədə qolların və ayaqların hansı həddə qədər açıq olması məsələsi ilə bağlı doğru və məntiqli sayıla biləcək qərara gəldik: qadınların öz-özlüyündə görünən qolları və ayaqları onların rahat hərəkət etməsinə mane olmayacaq və naməhrəm kəslərdə şəhvət doğurmayacaq həddə olmalıdır. Ən doğrusunu, sözsüz ki, Allah bilir.
Ayənin təhlilinə davam edək.
“…va-l-yədribnə bixumurihinnə alə cuyubihinnə…“-baş örtüklərini yaxalarının üstünə çəksinlər”.İlk baxışda burada anlaşılmayan bir şey yoxdur. O zaman mömin qadınlar Allahın hökmünə əsasən yaxalarına çəkməli olduqları örtüklə başlarını niyə bağlayırlar? Qordi düyünü də məhz elə buradadır!!! Buna aydınlıq gətirməyimiz üçün gəlin ilk növbədə ayədəki örtüyün nə olduğunu araşdıraq.Ayədə qadınlara yaxalarının üstünə çəkmələri tövsiyyə olunan örtüyün adı ximardır,burada həmin söz cəm şəklində “xumur”olaraq işlədilib. Ximar,xüsusi isim deyil, hansısa bir səthin üzərinə sərilən parçanın ümümi adıdır. “Xamara” kökündən yaranan sözün mənası “bir şeyin üstünü örtən”deməkdir.Ərəb dili lüğətləri:”Əl-Mucəm-ul-Vasıf”,”Əl-Muncid”,”Lisənu-Arab”,”Tacu-l-Arus”da da “ximar” sözünün əsas mənasının “örtük”olduğu göstərilir. Qədim ərəb yazılarına da nəzər saldıqda bu örtüyün yerə, masaya, ümümiyyətlə hansısa səthin üzərinə salınan örtük olduğunu görərik. Ximar taxt və ya çarpayı üzərinə sərildikdə-yataq örtüyü, masa üzərinə sərildikdə masa örtüyü olar, onunla baş örtülərsə də- baş örtüyü olar. Amma təhlil etdiyimiz ayədə “başınızı örtün və ya bağlayın”hökmü yoxdur!!! Əgər Allah Təala “ximar” sözü ilə başın örtülməsini vurğulamaq istəsəydi, o zaman:“va-l-yədribnə bixumurihinnə alə ruusihinnə va cuyubihinnə“-“örtükləri ilə başlarını və sinələrini örtsünlər”-və ya:”…“va-l-yədribnə bixumurihinnə alə ruusihinnə-“örtükləri ilə başlarını örtsünlər …”deyə bilərdi. Beləcə, “rəs”( cəm şəkli”ruusun”)-“baş”sözü ilə baş hissəsinin də örtülməsi vurğulanacaq, örtük sözü olan “ximar”ın da məhz baş örtüyü olması aydın olacaqdı. Hesab edirik ki, ayəki “ximar” sözünün baş örtüyü kimi tərcümə edilməsi yanlışdır.
O zaman örtüləcək nahiyyə hansıdır? “Va- l- yədribnə bi xumurihinnə alə cuyubihinnə“..“örtüklərini sinələrinin üzərinə salsınlar.Ayədəki “cuyub“( sözün tək şəkli “cib“-dir)-ərəb dilində paltarın döş hissəsindəki yarıq; burada isə,döşlərin arası mənasındadır. Deməli, ayədə qadının ,Quran dili ilə desək, zinəti olan döşlərini bağlı saxlamaq istənilir. Deməli, ayənin “örtükləri ilə döşlərini bağlı saxlasınlar “şəklində tərcüməsi daha doğru sayıla bilər. Amma bu cümlə hərfi mənada deyil, məcazi mənada qəbul edilməlidir-qadınların geyindikləri paltarların (kofta və don) sinə hissəsi döşlərinin görünməyəcəyi həddə açıq ola bilər.
Daha sonra ayədə deyilir:”…zinət yerlərini ərlərindən, yaxud öz atalarından…başqasına göstərməsinlər…”-burada qadının kimlərin yanında döşlərini açmasının mümkün olduğu bildirilir. Nəzərə alaq ki, ən müasir ailədə belə qadın yuxarıda sadalanan şəxslərin yanında döşlərini açmağı eyib bilir və bunu etməz. Burada tərbiyə və mentalitet öz sözünü deyir. Amma Allah Təala burada hansısa məqamı vurğulamaq istəyir ki, o halda qadın döşlərini açmağa məcburdur-bu da zənnimizcə, onun körpəsinə süd verən vaxtlar ola bilər.
“Analar uşaqlarını…tam iki il əmizdirsinlər”(Əl-Bəqərə;233).
“Uşağın süddən kəsilməsi isə iki il ərzində; (Loğman14).
“Uşağın süddənkəsilmə müddəti otuz aydır”(Əl-Əhqaf;15)
Uşağını tam iki il ərzində gündə bir neçə dəfə əmizdirməli olan qadın bəzi hallarda yuxarıda adı sadalanan şəxslərin yanında bunu etməyə məcbur olacaq ki, bunu da Allah günah və eyib saymır.
“…Va lə yədribnə bi ərculuhinnə li yuləmə mə yuxfinə min zinətihinnə…”“…Gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar…”-
Bu cümlədə də”zinətlər”sözü ilə də döşlər nəzərdə tutulur. Əvvəla ona görə ki, bundan əvvəlki cümlələrdə açıq sinənin,konkret olaraq da döşlərin örtülməsi tövsiyyə olunur; ikincisi, (qadın iti addımlarla yeriyərkən) ayaqlarını yerə (möhkəm)vurmalı olur, bu zaman onun əzaları tərpənir, bəzi əzaları da qapalı olsa da bəlli olur.Qadının vücudunda da ən çox tərpənən də onun döşləridir ki, onların tərpənməməsi və yad kişilərdə şəhvət hissi oyatmaması üçün Allah Təala buyurur: “Gizlətdikləri zinətlərini (döşlərini)bəlli etməmək üçün (iti addımlarla yeriməsinlər ki, ayaqlarını (yerə bərk) vurmasınlar. )
Amma bu cümlədə də zinətlər sözünü bəzək əşyaları olaraq başa düşənlər var. Götürək elə “Quran”ın azərbaycan dilinə tərcüməsini. Burada həmin sözlə konkret olaraq xalxal adlanan və ayağın topuq hissəsinə taxılan bəzək əşyası göstərilir.Təbii ki, bu yanlış və məntiqsiz izahdır, çünki Quranda xalxalın taxıldığı topuqların bağlanması və ya örtülməsi hökmü yoxdur. Onsuz da açıq olan topuqlardakı xalxalı gizlətməyin nə mənası var?
Yuxarıda bütün dediklərimizi və gəldiyimiz nəticələri nəzərə alsaq bu ayənin tam doğru ən əsası məntiqə əsaslanan tərcüməsi belə olmalıdır:”
“Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər,ayıb yerlərini qorusunlar; öz-özlüyündə görünən (üzləri,ayaqları və qolları)istisna olmaqla zinətlərini(şəhvət doğuracaq bədən üzvlərini naməhrəmə) göstərməsinlər; örtükləri ilə yaxalarını örtsünlər(ki,döşləri görünməsin); zinət yerlərini(döşlərini)ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından,yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinətləri (döşləri və digər əzaları) bəlli olmasın deyə ayaqlarını (yerə)möhkəm vurmasınlar (sakit,həzin yerisinlər).Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!(“Nur”;31 ayə)

Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR