» » “Soyundu, lüt gəzdi söhbətlərini yığışdırsınlar”- Röya

“Soyundu, lüt gəzdi söhbətlərini yığışdırsınlar”- Röya

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 aprel 2014
//
“Soyundu, lüt gəzdi söhbətlərini yığışdırsınlar”- Röya



Müğənni Röya Ayxan 106.3 FM-də yayımlanan “Müleyli” proqramının qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, aparıcının suallarını cavablandıran Röya açıq-saçıq geyimlərinə görə onu ittiham edənlərə xəbərdarlıq edib:


“Türkiyədə bizim şou-biznesdəkilərə qəribə baxırlar. Mənim haqqımda soyunub deməsinlər, öz işləri ilə məşğul olsunlar. Bir ulduza soyundu, alt paltarında səhnəyə çıxdı deməyə ixtiyarları yoxdur. Müğənniyə deyə bilərlər, stara deyə bilməzlər. Biri çıxır deyir, mən konsertdə soyunmayacam. Hansısa müğənnini küçədə lüt görüblər? Biz normal həyatda cins şalvar, mayka, ket geyinirik və işlərimizi həll edirik. Axşam isə konsertdə, proqramda tamaşaçıda maraq oyatmalıyıq. Yazırlar ki, anasan bu açıq köynəyi necə geyinmisən? Ulduz nə anadır, nə bacıdır, nə də arvad. Soyundu, lüt gəzdi söhbətlərini yığışdırsınlar. Murat Bozla Gülşənin son klipinə, şəkillərinə baxsınlar. Burada ayıb bir iş yoxdur”.





QafqazPRESS.az
banner125x125 banner125x125