» » Röya qadağa qoydu

Röya qadağa qoydu

Müəllif: Sevinc Novruzova
//
Tarix: 18 iyul 2014
//
Bölmə: Şou-biznes
Röya qadağa qoydu


Müğənni Röya Ayxan Türkiyənin TMB kanalına (Turkish Music Box) qadağa qoyub.


“Qafqazinfo”nun məlumatına görə, bu haqda ifaçının mətbuat katibi Türkan Məmmədli məlumat yayıb: “Röya Türkiyə kanalına qadağa qoydu. Buna səbəb kanalda yayımlanan “Fan savaşları” yarışmasında bu dəfə Aygün Kazımova ilə Röya Ayxanın sevənlərini üz-üzə qoyulmasıdır. Bu səbəbdən də Röya yarışmadan da imtina edib. İfaçı daha böyük və nüfuzlu yarışmalarda iştirak etmək istəyir. Əlbəttə, TMB-yə təşəkkür edirik. Amma belə yarışmalara ayıracaq zamanımız yoxdur. Röya xanım bu yarışmada iştirak etmək istəmir. O, ümumiyyətlə TMB kanalında kliplərinin yayımlanmasına qarşıdır. Ümidvarıq ki, kanal rəhbərliyi bizi düzgün anlayacaq”.

Məmmədli eyni zamanda Röyanın pərəstişkarlarına da səslənib: “Heç bir fanat özünə əziyyət verib, həmin yarışmada iştirak etməsin və səs yollamasın. Bu da müğənninin şəxsi istəyidir”.





QafqazPRESS.az
banner125x125 banner125x125