Müğənni Röya ərə getdiyinə görə niyə peşmandır?
![Müğənni Röya ərə getdiyinə görə niyə peşmandır? Müğənni Röya ərə getdiyinə görə niyə peşmandır?](http://img.milli.az/358x266c/n/clickable/204433/01/6/roya_6541.jpg)
Müğənni Röya Ayxan sentyabrda Heydər Əliyev Sarayında yenidən konsert proqramı ilə çıxış edəcək. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı bu haqda “Onlar” verilişinə açıqlamasında məlumat verib:
“İyun ayında konsert vermək istəyirdim, lakin bu ayda Abbas Bağırovun konserti var. Natavan Həbibi də konsert proqramı ilə çıxış edəcək. Mən bu şeyləri düşünənəm, dostlarımı vurmaram. Konsertə dəvətnamə göndərirsən, sənətçilər gec gəlirlər, kimsə onun yerini tutur, acıq edib gedirlər.
Üçüncü mahnıda gəlirlər, beşinci mahnıda yoxdurlar. Toylarda axıra qədər iştirak edirlər, konsertdə oturmurlar. Çünki onlara maraqsızdır. Dünyanın heç bir yerində belə şey yoxdur”.
İfaçı Zamiqlə ifa etdiyi “Səninlə” duetinə Dubayda klipdə çəkdirəcəyini bildirib:
“Xarici ölkədə Zamiqlə “Səninlə” duetinə klip çəkdirəcəyik. Mayın 25-i Gülşənlə Heydər Əliyev Sarayında eyni səhnəni paylaşacağam. Gülşənin Murat Bozla ifa etdiyi “İltimas” duetinin klipi Türkiyədə səs-küy yaratdı. Gülşən ailəli deyil, ona görə elə klip çəkdirib.
Subay olsam, mən də çəkdirərəm, heç kim vecimə deyil. Elə proyektləri görəndə peşman oluram ki, ərə getmişəm. Evli olanda o qədər yaxınlıq mümkün deyil. Gülşəni qısqanan yoxdur, bizim kişilərlə türk kişilər eyni deyillər”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR