» » Masazırda uşaq pəncərədən yıxılaraq ölüb

Masazırda uşaq pəncərədən yıxılaraq ölüb

Müəllif: Səma Zərdablı
//
Tarix: 11 mart 2020
//
Bölmə: Hadisə

 Masazırda uşaq pəncərədən yıxılaraq ölüb


Masazırda 7 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində qeydə alınıb.
Belə ki, sözügedən ünvandakı binanın 6-cı mərtəbəsində yaşayan 2013-cü il təvəllüdlü autizm sindromlu Ə.Məmmədov yataq otağının pəncərəsindən yıxılaraq ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanılıb.
banner125x125 banner125x125