Sumqayıtda tonqala odun atmaq istəyən gənc yıxılaraq öldü
Sumqayıtda gənc hündürlükdən yıxılaraq ölüb.
Qafqazpress.com ONA-ya istinadən xəbər verir ki, şəhərin 41a məhəlləsində 1992-ci il təvəllüdlü Rauf Həsənquliyev ötən gün axşam saatlarında hündürlüyə çıxaraq tonqala odun atmaq istəyərkən yıxılıb və başından ağır zədə alıb.
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən gəncə tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Gənc xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR