Ermənilərin güllələdikləri Tovuz sakinlərindən xəbər var
Erməni silahlı bölmələrinin bir neçə gün öncə Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutması nəticəsində yaralanan və xəstəxanaya yerləşdirilən kənd sakinlərinin səhhəti yaxşılaşıb.
Bu barədə ANS PRESS-ə Tovuz rayon Əlibəyli kənd İcra Nümayəndəliyindən məlumat veriblər. İdarədən bildiriblər ki, Əlibəyli kənd sakinləri müalicə aldıqları xəstəxanadan artıq evə buraxılıblar.
Xatırladaq ki, bir neçə gün öncə ermənilərin atəşkəsi pozması nəticəsində biri azyaşlı uşaq olmaqla 3 nəfər yaralanmışdı. 45 yaşlı 3 uşaq anası Əliyeva Ənayət Totan qızı yaşadığı evin qapısı ağzında qəlpə yarası almışdı.
Digər kənd sakini 72 yaşlı Nağıyeva Qaraqız Qara qızı sağ ayağının 3 və 4-cü barmağını dəlib keçən güllə yarası almışdı. Onun nəvəsi, 5 yaşlı Nağıyeva Nurcan Osman qızı isə ayağından qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilmişdi.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR