» » DÇ-2014. Avropalılarla amerikalıların döyüşü: Argentina və Belçika yığmaları 1/4 finalda

DÇ-2014. Avropalılarla amerikalıların döyüşü: Argentina və Belçika yığmaları 1/4 finalda

Müəllif: Sevinc Novruzova
//
Tarix: 02 iyul 2014
//
Bölmə: İdman
DÇ-2014. Avropalılarla amerikalıların döyüşü: Argentina və Belçika yığmaları 1/4 finalda


02.07.2014
08:54

Braziliyada keçirilən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi sona çatıb. Milli.Az apasport.az-a istinadən bildirir ki, Belçika – ABŞ oyunu 1/4 finala vəsiqə qazanan 8-ci komandanı müəyyənləşdirib.

Bu oyunun qalibi 1/4 finalda Argentina ilə üz-üzə gələcək. Hələ mundial başlamamışdan öncə heyətinə görə gücü yüksək qiymətləndirilən Belçika yığması bu görüşdə favorit göstərilirdi. Bu komandalar indiyə kimi 5 dəfə üz-üzə gəliblər. 4 dəfə Belçika, 1 dəfə isə ABŞ qələbəyə sevinib. 8 dəfə “qırmızı iblislər” qol vurublar. 5 dəfə isə millimizin baş məşqçisi Berti Foqtsun müşaviri olduğu “yankilər” fərqləniblər.

Bugünkü oyunda da sevinən tərəf Belçika olub. Avropa təmsilçiləri ikinci hissədə və əlavə olunan vaxtın birinci hissəsində böyük üstünlüyə malik olublar. Belçika bu üstünlüyü 2 qola çevirə bilib. Bundan sonra ayılan ABŞ millisi oyunun son dəqiqələrində rəqibə gərgin anlar yaşadıb. Amma amerikalıların cəmi 1 qol vurmağa gücləri yetib və Belçika çətinliklə də olsa 1/4 finala yüksəlib.

DÇ-2014
1/8 final
2 iyul

Belçika - ABŞ - 2:1
Qollar: De Bryune, 93; Lukaku, 105 - Qrin, 107
Hakim: Camel Haymudi (Əlcəzair)
Salvador. “Fonte-Nova” stadionu
Belçika: Kurtua, Alderveireld, Kompanii, Vertonghen, Vitsel, De Bryune, Fellani, Azar, Mertens, Van Byuten, Origi
ABŞ: Hovard, Qonzales, Bredli, Besler, Beasley, Dempsi, Bedoya, Cons, Zusi, Kameron, Conson

----------------
01.07.2014
23:36

Milli.Az bildirir ki, Argentina-İsveçrə matçı başa çatdı. Lionel Messinin ötürməsindən onra Anhel Di Mariyanın topa dəqiq zərbəsi sayəsində "albiseleste" çox çətin matçda rəqibini 1:0 hesabla üstələyə bildi. Argentina yığması 1/4 finaldadır!

Argentina - İsveçrə - 1:0 (Əlavə vaxt, ikinci hissə)
Baş hakim: Jonas Erikson (İsveç)
Qol: Anhel di Mariya, 118 (1:0)

---------
23:32

Yenə də Messi! Milli.Az bildirir ki, Palasonun ötürdüyü topu alan Lionel Messi cərimmə meydançasına çatanda topu Anhel Di Mariyaya ötürdü. Di Mariyanın da zərbəsi dəqiq oldu.
İsveçrə pərişan olub.

----------
23:29

Milli.Az bildirir ki, Argentina-İsveçrə matçında hesab açıldı. Di Mariyanın zərbəsi dəqiq oldu.

21:00. Argentina - İsveçrə - 1:0 (Əlavə vaxt, ikinci hissə)
Baş hakim: Jonas Erikson (İsveç)
Qol: Anhel di Mariya, 118 (1:0)

---------
23:24

Milli.Az bildirir ki, Argentina-İsveçrə qarşılaşmasının artıq 114-cü dəqiqəsdir. "Albiseleste" hələ də hesabı aça bilməyib.

---------
21:11

Milli.Az bildirir ki, Argentina və İsveçrə yığmaları arasındakı matçın başlanmasından bəri ötən vaxtda tərəflər "kəşfiyyat"dadır.

Argentina - İsveçrə - 0:0
Hakim: Yunas Eriksson (İsveç)
San-Paulo. “San-Paulo” stadionu
Argentina: Romero, Qaray, Zabaleta, Gago, Di Maria, İquain, Messi, Maskerano, Rojo, Fernandes. Lavezzi
İsveçrə: Benaglio, Lixtşteyner, İnler, Xhaka, Behrami, Rodriqes, Mehmedi, Drmiç, Djiru, Schar, Şakiri.

--------
12:20

Bu gün keçiriləcək iki oyunla "DÇ-2014"ün 1/8 final mərhələsinə yekun vurulacaq.

Milli.Az xəbər verir ki, bu gün ilk öncə meydana Argentina və İsveçrə milliləri çıxacaqlar. Növbəti görüş isə adəti üzrə gecə saat 01:00-da baş tutacaq. Belçika və ABŞ bu qarşılaşmada münasibətlərinə aydınlıq gətirəcəklər.

1 iyul

1/8 final

21:00. Argentina-İsveçrə
01:00. Belçika-ABŞ



QafqazPRESS.az
banner125x125 banner125x125