» » Azərbaycanın güclü səsi ad gününü qeyd edir

Azərbaycanın güclü səsi ad gününü qeyd edir

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 iyun 2014
//
Bölmə: Mədəniyyət
Azərbaycanın güclü səsi ad gününü qeyd edir



Bu gün Azərbaycanın xalq artisti Xuraman Qasımovanın doğum günüdür. Tanınmış ifaçı 63 yaşa qədəm qoyur.
Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solistidir.

Əsas partiyaları: Sevil və Dilbər ("Sevil", F.Əmirov), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C.Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, 1-ci mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülüb), eləcə də ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır.

Milli.Az bildirir ki, xalq artisti kinofilmlərə də çəkilib ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır").

1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir.

1986-cı ildə Azərbaycan Respublikasının xalq artisti adını alıb, 1999-cu ildə Azərbaycanın "Şöhrət" ordeni ilə, 2011-ci ildə isə "Şərəf" ordeni ilə təltif edilib.

Xuraman xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, gözəllik arzulayırıq!


QafqazPRESS.az
banner125x125 banner125x125