Yeni səs, yeni avaz
Şou aləminə yeni səs, yeni avaz gəlir. 15 yaşından meyxana deyən 21 yaşlı Babazadə Əhməd İslam oğlu şou aləminə böyük iddialarla qədəm qoyur.
Əhməd Həci kimi tanınan meyxanaçı bu ilin əvvəlindən demək olar ki, gərgin işləməyə başlayıb. Belə ki, o, artıq bir neçə musiqili meyxana lentə yazdırıb. Əhməd Həcinin sözləri özünə aid olan ilk musiqili meyxanası “Nə biləydim” adlanır.
Ailənin yeganə övladı Əhməd Həci 1992 – ci ildə Bakıda dünyaya göz açıb. Ali təhsil ocağının tələbəsi olan meyxanaçının hobbisi fotoaparatla şəkil çəkməkdir.
Əhməd Həcinin yaradıcılığı ilə bağlı yeni planı və görmək istədiyi işlər də az deyil. O, bir neçə yeni musiqili meyxana lentə yazdıracaq. Eləcə də, onun yeni musiqi albomu işıq üzü görəcək. Yaxın vaxtda ifa etdiyi musiqili meyxananın birinə klip çəkiləcək.
Əhməd Həciyə yaradıcılıq yolunda daha böyük uğurlar arzu edirik.
Səsiniz böyük konsert salonlarından gəlsin!
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR