Beş yaşlı azərbaycanlı Qazaxıstan vətəndaşlığı alıb - FOTO
Qazaxıstanda beş yaşlı azərbaycanlıya vətəndaşlıq verilib.
Kstnews.kz-ın xəbərinə görə, əvvəl Azərbaycanda yaşayan Ləman Ələkbərova sonradan oğlu Hüseynlə Qazaxıstana köçüb və Qarasu rayonunda yaşamağa başlayıb.
Ailənin kiçik uşağı olan beş yaşlı Hüseyn Ələkbərova “Ana və Uşaq Milli Elmi mərkəzi”ndə “idiopatik artrit” diaqnozu qoyulub.
Qazaxıstan vətəndaşı olmayan şəxslərə yalnız pullu tibbi xidmət göstərildiyi, L.Ələkbərovanın Qazaxıstan vətəndaşı olması və Azərbaycana qayıda bilməməsi onları çətin vəziyyətə salıb.
Miqrasiya Xidmətindən onlara kömək üçün Uşaq Hüquqları Konvensiyasına müraciət edilib.
Nəticədə yaşının az olmasına baxmayaraq balaca Hüseyn Qazaxıstan vətandaşı ola bilib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR