» » YARARSIZ UŞAQ QİDALARINI ÖLKƏYƏ KİM GƏTİRİR?

YARARSIZ UŞAQ QİDALARINI ÖLKƏYƏ KİM GƏTİRİR?

Müəllif: Səma Zərdablı
//
Tarix: 05 aprel 2019
//
Bölmə: Sosial
 YARARSIZ UŞAQ QİDALARINI ÖLKƏYƏ KİM GƏTİRİR?



İlham Məmmədzadə: “İdxal etdiyimiz məhsulların keyfiyyətinə nəzarət məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə sıx əməkdaşlıq edirik”
Bu günlərdə “Malyutka-2” əmtəə nişanlı uşaq qidası ilə bağlı aparılan araşdırma və ictimaiyyətə açıqlanan məlumat istehlakçılar arasında ciddi narahatçılığa səbəb olub. Belə ki, yayılan məlumata əsasən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə “Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarıtərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.
Araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub. Laborator müayinələrin aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur. Sözügedən iki dövlət qurumunun yaymış olduğu məlumatdan dərhal sonra bəzi elekron KİV-lərdə belə bir məlumat əksini tapıb ki, guya istifadəsi yarasız olan məhsullar ölkəyə “Veysəloğlu” MMC tərəfindən gətirilib. Məsələ ilə bağlı “Veysəloğlu” MMC tərəfindən əks reaksiya bildirilib. Şirkətin rəsmisi İlham Məmmədzadə qeyd edib mətbuatda qeyd olunan uşaq qidası ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Bildirilir ki, “Veysəloğlu” MMC iyun 2007- aprel 2018-ci il tarixlərində Nutricia B.V. (Niderland Krallığı) şirkəti ilə əməkdaşlıq edib və qeyd edilən şirkətin məhsulları olan Nutrilon və Malyutka markalarının respublikamıza dağıtımını həyata keçirib. Lakin 2018-ci ilin aprel ayından etibarən şirkətimiz “Nutricia” şirkətinin məhsullarının idxalını tam dayandırıb. 1 noyabr 2018-ci il tarixindən etibarən isə adı çəkilən istehsalçı şirkətlə əməkdaşlıq müqaviləsinə rəsmi formada xitam verilib.
“Nutricia” şirkətindən ən son idxal etdiyimiz məhsulların (“Malyutka 2” – 350 gr) son istifadə tarixi 06.03.2020-dir. Mətbuatda yayılan fotolarda isə qeyd edilən məhsulun son istifadə tarixi isə 19.03.2020-dir. Yəni mediada şəkilləri yayılan “Malyutka 2” uşaq qidası “Veysəloğlu” MMC-nin bu məhsulun idxalına dair müvafiq şirkətlə müqaviləsinə xitam verdikdən sonra bizə aidiyyatı olmayan digər bir şirkət tərəfindən ölkəyə gətirilib.
Xüsusi olaraq qeyd etmək istərdik ki, “Veysəloğlu” MMC tərəfindən 1 aprel 2018-ci il tarixindən etibarən “Nutricia” şirkətinin məhsulu olan uşaq qidasının idxalı ilə bağlı “Nutricia” şirkətinə sifariş verilməmişdir. Xitam müqaviləsinin imzalanmasına qədər (1 noyabr 2018- ci il tarixinədək) satılan bütün məhsullarla bağlı “Veysəloğlu” MMC məsuliyyət daşıyıb. Əməkdaşlıq müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq, qeyd edilən tarixdən etibarən respublikamıza idxal edilən “Nutricia” fabrikinin bütün məhsulları, həmçinin də mətbuatda adı hallanan “Malyutka 2” ( 350 gr) uşaq qidası ilə bağlı yaranan hər hansı bir problemə görə “Veysəloğlu” MMC məsuliyyət daşımır: “Eyni zamanda qeyd etmək istərdik ki, xitam müqaviləsi imzalandığı tarixdə “Nutricia” şirkətinin müxtəlif ticarət nişanları altında istehsal olunan və ambarlarımızda saxlanılan bütün məhsulları “Nutricia” şirkətinin təyyin etdiyi İDC 2000 şirkətinə təhvil verilib. Yararsız mallar isə İDC 2000 şirkətinin iştirakı ilə rəsmi qaydada məhv edilib. Əməkdaşlığımızın bitməsindən sonra “Veysəloğlu” MMC nümayəndəsi tərəfindən istehsalçı və idxalçılara yazılı şəkildə, həmçinin telefonla satış nöqtələrində sərgilənən məhsulların üzərində rəsmi distribüterin “Veysəloğlu” MMC şirkətinin qeyd olunduğu və son istifadə müddətinin az qaldığı üçünyığışdırılması tələb edilib. Əlavə olaraq əməkdaşlığın xitamından sonra istehsal edilən qablaşma üzərində idxala dair qeyd olunan “Veysəloğlu” MMC-nin adının çıxarılması xüsusi ilə tələb edilib”. Şirkət istehlakçılara bildirir ki. “Veysəloğlu” MMC tərəfindən bütün məhsullarla bağlı şirkətlərlə əməkdaşlıq etdiyi müddətdə keyfiyyət proseduruna əsasən idxal olunan məhsullardan əvvəlcə nümunələr götürülür və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalarda sınaqlar aparılır: “Qida təhlükəsizliyi baxımından önəm kəsb edən məhsullarımızın dağıtım mərkəzlərində ilk qəbuldan, saxlanma, daşınma və müştərilərə təqdim olunana qədər bütün proses boyu nəzarətləri təmin olunur və dağıtım mərkəzində, mağazalarda mal qəbulu, hətta mağazalarda vitirinlərdə qaldığı müddət ərzində belə, yoxlama mərhələlərindən keçirilir.
Xatırlatmaq istərdik ki, “Veysəloğlu” MMC olaraq idxal etdiyimiz məhsulların keyfiyyətinə nəzarət məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə sıx əməkdaşlıq edirik. Bu məqsədlə bütün məhsullarımız AQTA tərəfindən tətbiq edilən normativlərə əsasən qeydiyyatdan keçirlər.
Sözü gedən məhsulun istehsalı və dağıtımı ilə əlaqədar olaraq İstehsalçı “Nutricia” və idxalçı “İDC 2000” şirkəti tərəfindən “Veysəloğlu” MMC-yə qarşı kobud şəkildə qanunvericilik tələbləri pozulub, etiketlənmə prosesində idxalçı haqqında səhv informasiya verilməklə şirkət adı düzgün qeyd edilməyib. Bununla da, “Veysəloğlu” MMC-nin işgüzar nüfuzuna ciddi zərər vurulub. Bu barədə “Veysəloğlu” MMC olaraq, istehlakçıların hüquqlarının pozulması və şirkət adının doğru hallanmaması ilə əlaqədar olaraq istər istehsalçı, istər idxalçı şirkət haqqında hüquq mühafizə orqanlarına müraciət ediləcək. “Veysəloğlu” MMC uzun müddətli təcrübəsinə, tətbiq etdiyi beynəlxalq standartların tələblərinə və keyfiyyətin idarə olunması prosedurlarına əsaslanaraq satışını həyata keçirdiyi məhsulların keyfiyyətinə zəmanət verir, fəaliyyətini müştəri məmnuniyyəti üzərində qurmağa önəm göstərir”.
banner125x125 banner125x125