» » "Məşədi, Esya yatıb, kəsin səsinizi..."

"Məşədi, Esya yatıb, kəsin səsinizi..."

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 iyul 2014
//
Bölmə: Təhsil / Sosial
"Məşədi, Esya yatıb, kəsin səsinizi..."




Adam bir az içəndən sonra əllərin yerinə baş yazmağa başlayır. Elə bil, ağacdələn dimdiyilə ağac deşir. Dəmirçi körüyü kimi gedir, gəlir. Saatlarla boş fayla “T” hərfi yazır. Çoxları belədir, əlində şərab oturub axşama kimi axmaq-axmaq köşə yazırlar. Bukovski düz deyir, içəndən sonra səfeh şeylər yazmağa başlayırsan. Bunun məsələyə nə dəxli olduğunu özüm də bilmirəm. Beynimin içinə şeytan girib. Məşədi də görünmür. Dükanının arxasına qıfıl vurub. Yəqin, indi yerinin içində “keçinib”. Badımcanvari yazılar yazmağın da mənası yoxdur. Corablarımı da yumamışam. Pis iylənir. Əslində heç ciddi mövzu da yoxdur. Qazan boş, başda heç nə yox, cin də onlardan betər. Havadan cəhənnəm iyi gəlir.

Çox vaxt ciddi mövzular olmayanada yazılar badımcan kimi qövsvari uzanmağa başlayır. İki fayldan sonra isə sarmaşıq kimi burulur. Belə hallarda mənasız yazırsan. Məsələn, elə mən indi gecə saat 3-ün yarısında oturub belə bir işlə məşğulam. Cümlələri lay-lay yanaşı düzürəm.

Əslində bu kələm yazısıdır. İnsan həyatı da kələm kimidir. Müxtəlif laylardan ibarətdir. Həmin layların hansının arasında gəmirici qurdun gizlənməsini bilmək asan deyil. Yazıb qurtarandan sonra da adamın gözü qurbağa gözləri kimi kəlləsinə qalxır. Esya da çoxdan yatıb. Bəlkə də mən Çe Gevara kimi inqilabçı ola bilərdim. Neçə gündür 19 manat 72 qəpik borca görə Məşədinin gözündən qaçıram. Ay səni axmaq, neçə gündür səni axtarıram. “Mayka”nı deyirəm, çarpayının altına düşüb. Axır vaxtlarda vəziyyət lap İraq kimi qarışıb. Beyin ürəyin, ürək əllərin, əllər ciblərin, ciblərim isə ümumiyyətlə mənə qulaq asmır. Adama bax e. Həm pulu yoxdur, həm də əylənmək istəyir. Hıx-mıx dirənib ki, bu dəqiqə mənim 1 manatımı qaytarın, 10 gün bundan qabaq siz məndən 1 manat artıq almısız. Kassir qız and-aman edir ki... “And-aman”... “Andaman”... Hə yadıma düşdü, deyəsən belə bir dağ adı var.

Zibil! Kəsin səsinizi! Tərbiyəsiz həşəratlar. Stalinə oxşayırlar. Adamı haradan sancacağını bilmirsən. Əlləri olsaydı, basıb adamın iki gözünü bir deşikdən çıxarardılar. Əlləri olsaydı, görəsən, ditdililər nəyə oxşayardılar? Offfff. Çox mənasızam. Məlumata bax ha: “Tənbəkini gömrükdən keçirmək üçün çəkməsinin içərisində gizlədib”. Axmaq. İndi Mayamidə olmaq vardı. Gözündə eynək, üstündə banan şəkli olan şortda, qısaqol “futbolka”, əlində kokteyl, yanında Merilin Monro. Yox! O çoxdan ölüb, yəqin həmin “moment” çevrilib onu yanımda görsəydim, yerimdəcə keçinərdim. Merilin çoxdan ölüb. Bu Baloğlanın “Ana, qalx məzarından, mənə bir layla de” söhbətinə oxşayır. Məsələn, yarıçılpaq qadınların rəqs etdiyi barda ikimiz də çirkin ofisiant qızlara baxırdıq. Zövqümüz tamamilə deformasiyaya uğramışdı. Vəziyyət o qədər kritik idi ki, Jan Klod Vandamın sağlığına içirdim. Tamam kələm yazısı alındı. İçi “C” vitamini ilə dolu oldu. “C” vitamini əslində insan orqanizmi üçün çox xeyirlidir.

Bu yazının nə xeyri varsa, onu deyə bilmərəm, amma Esyanın səsi həqiqətən gəldi. Əşşi, bu o qədər də vacib deyil. Satıcılar da axşama kimi kələm yedizdirirlər camaata. Qazın da qiyməti bahalaşıb. Rusiya Ukraynaya satdığı qazın qiymətini qaldırıb. Kələm və qaz... Yəqin, Krım məsələsidir yenə. Esya necə də xoşbəxtdir. Məşədi, yəqin, yatıb. Azər kimi məzəli adam görməmişəm. Adamın bir bığı var, gözlə görüləsi deyil. Həqiqətən görmək mümkün deyil. Elə bil kimsə təsadüfən burnunun altından qələmlə xətt çəkib. Bəşər Əsədə bir sualım var: - Vəziyyət necədir? Şikayət etmək mənə görə deyil, amma həqiqətən də mənasızdır. Facebook-da əvvəlcə dostluq atıb sonra yatağa dəvət edirlər. Və Tanrı qadını yaratdı. O da qalxdı qaynana oldu - hə, yaxşı məsəldir. Allah Leninə rəhmət eləsin. Yox, yox bu məsəli Lenin çəkməyib. Gecə saat 3-ün yarısında bundan artıq nə düşünməli idim ki? İçimdə narahatlıq var. Gərək tez-tez əməliyyat olam, bəlkə içim açıldı. Bu da yaxşı məsələdir. Yaxşı oxuyur: “Saçın ucun hörməzlər, Gülü qönçə dərməzlər”. Hə düz deyir, kökündən çıxararlar.

“Qəbələ” də uduzdu. Əslində məsələ uduzmaqda deyil. Fikrət müəllim demişkən, axıradək mübarizə apardılar. Nəticədə isə qapımızda daha az top gördük: 2:0. Bu süzgəcdən daha yaxşıdır. Ağıl yaşda deyil, başdadır. Çoxusunun isə bədəninin üstündə baş yox, içi boş kəllə sümükləri var. Danışanda çənələri “Belarus” traktoru kimi şaqqıldayır. Sonra da xoşbəxtlikdən adama diş ağardırlar. Elə bil stomatoloq-zadam. Aygün Kazımova, deyəsən, üzünü yenə dartdırıb. Maraqlıdır, görəsən, bu qədər dərini haradan tapır? Bəzi qadınlar dönərə oxşayırlar. Dönüb-dönüb yenə bişmiş tərəfinə çevrilirlər. Yəqin ki, bu cümlənin heç bir mənası olmadı. Azər mahiyyət etibarilə o qədər də keyfiyyətli insan deyil. Məşədidən tez-tez qazlı su alır. Siqaret də qurtardı. Görəsən, hələ də balkondadır? Yox, yatıb. Gedim yatım... Görəsən, mən niyə Vandamın sağlığ...


QafqazPRESS.az
banner125x125 banner125x125