“Bundan özünə pay ayıra bilər” - Trampı gücləndirəcək qərar
ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın iqtisadi siyasətində rəmzi yeri olan Kanada və Meksika ilə sərbəst ticarət anlaşmasını təsdiq edib.
Qafqazpress.az xəbər verir ki, Şimali Amerika Ticarət Sazişinin (NAFTA) yerini tutacaq Yeni Sərbəst Ticarət Sazişi (USMCA) palatanın iclasında 385 səslə qəbul olunub.
Trampa yönəlik impiçment prosedurasındakı rolu ilə tanınan Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi jurnalistlərə açıqlamasında bu layihənin qəbul olunmasının ABŞ prezidentinə siyasi xal qazandıracağından narahat olmadıqlarını bildirib:
"Prezident bundan özünə pay ayıra bilər, amma bu, bizim sözügedən layihəni qəbul etməyimizə mane ola bilməz".
Qanun layihəsinin Trampın Nümayəndələr Palatasında impiçment edilməsindən bir gün sonra qəbul olunması da diqqət çəkib.
Donald Tramp 2016-cı il seçkiləri çərçivəsində NAFTA-nın ABŞ iqtisadiyyatına zərər verdiyi iddiası ilə ləğv edəcəyini açıqlamış, bunun yerinə ölkənin maraqlarını daha yaxşı qoruyacağını vəd etdiyi yeni bir ticarərt anlaşmasını irəli sürmüşdü.

Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR