Maaşlarını almaq istəyən azərbaycanlılara tələ quruldu
Türkiyədə əməkhaqlarını almaq istəyən azərbaycanlılara tələ qurulub.
“Sabah”ın xəbərinə görə, Tükiyəyə tikintidə işləməyə gedən azərbaycanlı fəhlələr maaşlarını ala bilməyiblər.
Buna görə onlar İstanbulda Salim Ö. adlı müdirlərinin evinə gəliblər.
Arvadından fəhlələrin evinə gəldiyi xəbərini alan müdir azərbaycanlılara tələ qurmaq qərarına gəlib.
O, Əsənlər avtovağzalında Azərbaycana gedən avtobusların qeydiyyat şöbəsinə özünü cinayət şöbəsinin polisi kimi təqdim edərək, fəhlələrin şəkillərini yaymağa başlayıb.
Rasim H., Yaməddin A. və başqalarının fotolarını verərək, adlarının cinayətdə hallandığını, ora gələrlərsə, dərhal ona xəbər vermələrini istəyib.
Bir müddət sonra qeydiyyat katibi şəkildə olan iki nəfərin avtovağzala gəldiyini görüb, yalançı polisə deyil, əsl polisə zəng edib.
Bu zaman hadisənin üstü açılıb. Özünü polis kimi tanıdan Salim Ö. saxlanılıb.
O, polisə verdiyi ifadəsində evinə gəlib onu təhdid edən fəhlələrin Türkiyədən çıxa bilməməsi üçün belə etdiyini deyib.
Salim Ö. barəsində cinayət işi başlanılıb. Üç ilə qədər həbs olunması istənilən şəxs yaxın günlərdə hakim qarşısına çıxarılacaq.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR