“Euronews” İvanovkadan reportaj yayımladı (VİDEO)
“Euronews” telekanalı Azərbaycanın İvanovka kəndində yaşayan molokanlar haqqında geniş video-reportaj yayımlayıb.
ANS PRESS-in məlumatına görə video-materialda bildirilib ki molokanların ilk evlərinin 1834-cü ildə Azərbaycanın İsmayıllı rayonunda tikildiyi qeyd olunur. Sujetdə qeyd olunub ki, İvanovka kəndinin əhalisi etnik ruslardan ibarətdir və molokan icmasının yaşadığı ərazilərdən biridir. Reportajda molokanların tarixi və həyat tərzi barədə geniş məlumat verilib.
Bildirilib ki onlar dua etmək üçün toplaşanda nəinki videokamera, hətta mobil telefon belə gətirmək qadağandır. “Euronews”un əməkdaşlarına münasibətdə bu məsələ istisna təşkil edib. İvanovkanın yaşlı sakinlərindən biri Matvey Ermolov bildirib ki, birgə dua etmək üçün yığışmaq, həmçinin icmanın görüş anıdır. Bura toplanmaq həm də məsələlərin birgə həllini tapmaq üçün səbəbdir.
Sujetdə qeyd olunub ki, İvanovkada sanki zaman donub. Çünki demək olar ki, hər bir molokanın evində soba vardır. Bu gözəllik üçün deyil, ənənəvi dadlı yeməkləri bişirmək üçündür. Heç bir ailəvi və bayram toplantıları “əriştəsiz” keçmir.
Telekanalın yayımda Valentina Serebrannikova “Euronews”-un müxbirlərinə “əriştə” təklif etdiyi də əks olunub.
Reportajda məhz İvanovkada Azərbaycanda sovet dövründən qalan yeganə kolxozun fəaliyyət göstərdiyi xüsusi vurğulanır. İvanovka sakini İvan Novoselsev telekanala müsahibəsində bütün ömrü boyu kolxozda işlədiyini bildirib. Təqaüdə çıxdıqdan sonra o, arıçılıqla məşğul olur.
“Euronews” telekanalı Azərbaycanın İvanovka kəndində yaşayan molokanlar haqqında süjetdə bildirilib ki, İvanovka sakinləri tarixi ənənələrinə çox sadiqdirlər, eyni zamanda, dəyişikliklərdən də qorxmurlar.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR