» » Moskvalılar ayağa qalxdı

Moskvalılar ayağa qalxdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 28 aprel 2014
//
Bölmə: Dünya / Gündəm
Moskvalılar ayağa qalxdı


Mayın 1-də minlərlə insan etiraz mitinqi keçirək.

Rusiya millətçiləri miqrantlar, eləcə də Rusiya vətəndaşı olmaq istəyənlər üçün vətəndaşlığa qəbul qaydalarının asanlaşdırlmasına etiraz edirlər.

AzVision.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, Moskva meriyası mayın birində millətçilərin yürüş və aksiya keçirməsinə icazə verib. Moskva regional təhlükəsizlik departamentinin rəhbəri Aleksey Mayorov bildirib ki, yürüş marşal Vasilev küçəsindən “Şukinsk” metrosuna qədər davam edəcək və orada mitinq keçiriləcək.

“Rus millətçiləri” hərəkatının rəhbəri Dmitri Demuşkin öz növbəsində bəyan edib ki, aksiyada 3 min insan iştirak edəcək. Onun sözlərinə görə, mitinq iştirakçıları Rusiya vətəndaşlığının `paylanması` və Cinayət Məcəlləsinin 282-ci maddəsinin (Millətlərarası düşmənçiliyin alışdırılması) ləğv edilməsini tələb edirlər.

Qeydə alınmayan Milli-Demokrat partiyasının liderlərindən biri Vladimir Tor və tərəfdarları da mayın birində Qorki adına mədəniyyət və istirahət parkında mitinq keçirməyi planlaşdırıb. Onun sözlərinə görə, min nəfərlik mitinqdə Ukraynada yaşayan ruslara dəstək şüarları səsləndirələcək.

“Rusiya millətçiləri rus xalqının birliyini dəstəkləyirlər. Kiyev rejimi isə rusofob və terrorçudur. Bununla yanaşı , rus milli hərəkatını hər cəhdlə əzməyə, maraqlarını tapdalamağa çalışır”-deyə Vladimir Tor bildirib.




QafqazPRESS.az
banner125x125 banner125x125