Türkiyəli müğənni: "Azərbaycana anamı tapmaq üçün gəlmişdim"
Türkiyəli müğənni: “Mahnılarımı sataraq, qazandığım pulu evsiz-eşiksizlərə bağışlayıram”
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Türkiyənin tanınmış müğənnisi Doğuşun ölkəmizə gəlişi maraqla qarşılanıb. O, ATV telekanalında yayımlanan “Səni axtarıram” verilişinin qonağı olub.
Maraqlı açıqlamaları ilə diqqəti çəkən müğənni gəlişinin məqsədlərindən də danışıb: “Anamı tapmağı çox istəyirdim. Bura ancaq “Səni axtarıram”a görə gəldim. Bilirsiniz ki, Türkiyədə Soma faciəsi baş verib, matəmdir. Ona görə də bu dəfə konsert verməyəcəm. Sonuncu dəfə iki il əvvəl Göyçayda konsertim olub. Ümumiyyətlə, maqazin proqramlarından uzaq olmağa çalışıram. Evdə vaxt keçirməyi sevirəm, gecə həyatım yoxdur”
Doğuş Nuri Sərinləndiricinin səsləndirdiyi “İçimə atıyorum” bəstəsindən də söz açıb: “Bu mahnının sözləri və musiqisi mənə aid idi. Gəlib, qapımı döyüb, icazə almalıydı. Mən pul istəmirəm, amma icazəsiz oxuyub. Onsuz da, mahnılarımı sataraq, qazandığım pulu evsiz-eşiksizlərə bağışlayıram. O bəstəni də Azərbaycan xalqına hədiyyə edirəm”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR