"Taxt-tac oyunu"
Böyük Britaniya kraliçası II Yelizaveta növbəti səfəri zamanı maraqlı addım atıb.
ANS PRESS-in buro24/7.az-a istinadən məlumatına görə, kraliça və Edinburq hersoqu, şahzadə Filipp Şimali İrlandiyaya səfərləri çərçivəsində "Taxt-tac oyunu" serialının çəkiliş meydançasında olmaq arzusuna düşüblər. Kraliça böyük tamaşaçı auditoriyası olan serialın yaradıcı heyətiylə görüşüb. Filmin aktyorları və yaradıcı heyyəti ilə tanış olmağına baxmayaraq məşhur dəmir taxtda əyləşməkdən imtina edib. II Yelizavetanı əliboş qaytarmaq istəməyənlər sonda kral ailəsinə taxtın miniatür forması hədiyyə ediblər.
Qeyd edək ki, yazıçı Corc Martinin "Buz və alovun mahnısı" romanı əsasında ABŞ-ın HBO telekanalının çəkdiyi dram serialını bir çox dünya liderləri maraqla izləyir. Lakin ekran əsərinin ən sadiq fanatı Amerika prezidenti Barak Obamadır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR