Müzakirə başladı: Rusiya Ukraynaya qoşun yeritsin, ya yox?
Rusiya Federasiya Şurasında prezident Vladimir Putinin “Rusiya Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadə edilməsi haqqında” qərarın ləğv edilməsi ilə bağlı təklifinə baxılır.
ANS PRESS-in məlumatına görə, İtar-Tass Federasiya Şurasında olan mənbəsinə istinadən xəbər verir ki, iclasda senatorlara “Rusiya Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadə edilməsi haqqında” qərarın ləğv edilməsi məsləhət görülüb. Hazırda senatorların hansı qərar verəcəyi gözlənilir.
Federasiya Şurasının iclası mətbuata qapalı keçirilir.
Xatırladaq ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasının sədri Valentina Matviyenkoya məktubla müraciət edərək təklif etmişdi ki, “Rusiya Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadə edilməsi haqqında” qərarın ləğv edilsin.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR