» » Azərbaycanlı biznesmen gecə rus qızı ilə yatıb səhər ayağa qalxa bilmədi

Azərbaycanlı biznesmen gecə rus qızı ilə yatıb səhər ayağa qalxa bilmədi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 iyul 2014
//
Bölmə: Dünya / Gündəm
Azərbaycanlı biznesmen gecə rus qızı ilə yatıb səhər ayağa qalxa bilmədi



Rusiyanın tanınmış balerinası Anastasiya Voloçkovaya qarşı fahişəlik ittihamı ilə bağlı qalmaqal səngiməmiş onun adı növbəti xoşagəlməz insidentdə çəkilib
Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, iyulun 3-də gündüz saatlarında balerinanın sevgilisi, azərbaycanlı biznesmen Bəxtiyar Səlimovu ciddi xəstəlik əldən salıb. 45 yaşlı Bəxtiyar Anastasiya ilə növbəti sevgi macərasından sonra kürəyində kəskin ağrılar hiss edib.

Məlumatda qeyd edilir ki, ağrıları o qədər ciddi olub ki, biznesmen nəinki yatıb, hətta yataqdan qalxa bilməyib. Anastasiya deyib ki, hər şey onların restoranda birgə eşq macərası yaşaması zamanı baş verib.

Məlumatda qeyd edilir ki, hadisə yerinə iki dəfə təcili yardım gəlib, Bəxtiyar Səlimova iynə vurulsa da, təsirli effekt verməyib. Azərbaycanlı biznesmen uzun müddət yataqda tərpənməz halda uzanıqlı qalıb.

Azərbaycanlı biznesmenin tanınmış balerina ilə tanışlığına gəldikdə, Səlimov bu haqda əvvəllər deyib: “Bizim tanışlığımızın təşəbbüsçüsü dostum olub. Biz Nastya ilə birgə iştirak etdiyimiz konsert zamanı ona nəvaziş göstərdim. Evli olduğumu gizlətmirəm, həyat yoldaşımın adı Natalya olub. Biz nadir halda bir-birimizlə telefon əlaqəsi saxlayırıq. Hətta onun nə işlə məşğul olduğunu bilmirəm. Bizim Rüstəm adlı 19 yaşlı oğlumuz var. Mən onunla əlaqəni kəsməmişəm, demək olar, hər gün ünsiyyətdə oluruq”.

Bəxtiyar Səlimov bizneslə Vladivostokda məşğul olur: “Mənim Vladivostokda böyük evim var. Bizim görüşlərimiz hələ ki, Moskvada və Nastyanın qastrollara getdiyi başqa şəhərlərdə, eləcə də mənim biznesimlə bağlı getdiyim yerlərdə - Xabarovskda, Oryolda, Kemerovoda baş tutur. 45 yaşımda kimə vurulduğumu yaxşı başa düşürəm”.




QafqazPRESS.az
banner125x125 banner125x125