Bəhram Bağırzadə: "Bəlkə, ona görə Sarkisyanı qəbul etməyib?"

"Vaxtı olmayıb ki, hansısa dılğır prezidentlə görüşsün"
"Yəqin, Argentina prezidentinin Sarkisyanı qəbul etməyə vaxtı olmayıb".
Bu sözləri Milli.Az-a açıqlamasında tanınmış ŞHK (KVN) ulduzu Bəhram Bağırzadə deyib.
Bağırzadə ehtimal edir ki, Argentina prezidenti dünya çempionatının oyununa getdiyi üçün belə olub.
"Yəqin, Argentina prezidenti oyuna gedirdi, ona görə vaxtı olmayıb ki, hansısa dılğır prezidentlə görüşsün. Finalda Merkellə görüşməyə hazırlaşır. Bəlkə, ona görə Sarkisyanı qəbul etməyib?" - Bağırzadə əlavə edib.
Qeyd edək ki, Argentinada çağırılmamış qonaq olan Sarkisyan saatlarla gözlədikdən sonra Argentina prezidenti onunla görüşməyib. Ermənistan prezidentinin Argentina səfəri faktiki olaraq təxirə salınmaq dərəcəsində biabırçı keçib. Öncə bir neçə saat gözləyən Sarkisyanı heç kim qarşılamayıb. Sonda biabırçı vəziyyətdən utanaraq ölkəni tərk etmək istəyən Sarkisyanı San-Martin sarayında xarici işlər naziri Hektor Timerman və vitse-prezidenti Amado Vill qarşılayıblar.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR