» » SƏTTARI XATIRLAYARKƏN...

SƏTTARI XATIRLAYARKƏN...

Müəllif: Səma Zərdablı
//
Tarix: 29 oktyabr 2020
//
Bölmə: Mədəniyyət
SƏTTARI XATIRLAYARKƏN...

Artıq altı ildir, söz ustası şair dramaturq, bir neçə dram əsərinin müəllifi, “Güzgü” və Bəhlul Danəndə” satirik qəzetlərinin baş redaktoru, “Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyəti”nin sədri gözəl yazıçı, gözəl qəzetçi, yaxşı insan Səttar Zərdabi aramızda yoxdur. Ancaq biz dostumuz olmuş Səttar müəllimi duzlu-məzəli söhbətləri ilə, bizi feyziyyab edən kəlamları ilə xatırlayaraq yad edirik.
Biz Səttar müəllimdən publisistikanın, qəzetçiliyin incə sirrlərini həmişə öyrənməyə cəhd etmişik. Səttar müəllim Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin seçilən tədqiqatçılarından biri idi. Zərdabi tədqiqatçılarının içərisində Zərdabi yaradıcılığına ən çox yüksək dəyər və qiyməti Səttar müəlim verirdi. Çünki, Səttar müəllim bu tədqiqat işinə daha ürəkdən bağlanmışdı. Nə yazıq ki, əzizimiz və doğmamız Səttar müəllimin bu zəhmətinə Azərbaycan mətbuatı heç bir dəyər vermədi.
Allah Səttar müəllimə rəhmət eləsin.

“Gənclik və Zaman” qəzetinin baş redaktoru,
“Gənclik” nəşriyyatının direktoru, gözəl naşir
Adil Abdullayev.
banner125x125 banner125x125