Boğazından, çiynindən, qolundan və ayağından yaralanan 19 yaşlı qazi - FOTO
Türkiyənin Anadolu Agentliyi (AA) Ermənistanın 1993-cü ildə işğal etdiyi Ağdərədən məcburi köçkün düşən Nizami Məmmədovun ailəsini ziyarət edib.
Yeniavaz.com xəbər verir ki, N.Məmmədovun oğlu 19 yaşlı Sərxan Məmmədov da ata yurdunu işğaldan azad etmək üçün döyüşərək qazi olub. O, döyüşlərdəki xatirələrini bölüşüb:
“Füzuli istiqamətində döyüşlərə gedirdik. Tabor komandirimiz “irəli” əmri verdi. Hücum etdiyimiz zaman düşmən bizə minaatanlardan atəş açmağa başladı. Bu zaman iki dostumla birlikdə yaralandıq. Mən boğazımdan, çiynimdən, qolumdan və ayağımdan xəsarət aldım. Əməliyyat olundum, bədənimdən qəlpə parçaları çıxarıldı. Hal-hazırda isə iki nahiyyəmdə çıxarılmayan qəlpə parçaları var. Xəstəxanadan çıxdıqdan sonra məni məzuniyyətə göndərdilər. Müalicəm bitdikdən sonra vəzifəmə qayıtmaq istəyirəm”.
Onunla birlikdə yaralanan döyüş yoldaşlarının da, vəziyyətlərinin yaxşı olduğunu vurğulayan M. Sərxan, tezliklə işğaldan azad edilən torpaqlara getmək istədiyini bildirib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR