» » Ermənistanda Azərbaycanın yeni silahından təşvişə düşüblər

Ermənistanda Azərbaycanın yeni silahından təşvişə düşüblər

Müəllif: Səma Zərdablı
//
Tarix: 18 fevral 2019
//
Bölmə: Sosial

[center]   Ermənistanda Azərbaycanın yeni silahından təşvişə düşüblər
[/center]
Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil olan “stelz” texnologiyası əsasında hazırlanmış və xüsusi olaraq hava hücumundan müdafiə və raket hücumundan müdafiə obyektlərinin vurulması üçün nəzərdə tutulmuş “SOM-B1” super-müasir qanadlı raketi Ermənistanda ciddi narahatlığa səbəb olub.
Ermənistanın hərbi eksperti Van Ambardzumyan “NEWS.am”a verdiyi müsahibədə, raketin təkcə HHM və RHM sistemlərindən yayınmaqdan başqa, onları məhv etmək üçün nəzərdə tutulduğunu bildirib.
“Yəni Ermənistan Silahlı qüvvələrinin “S-300 PS” və “S-300 PT” zenit-raket kompleksləri onun üçün adi hədəflərdir. 10 metr minimal uçuş yüksəkliyi olan bu qanadlı raketlərin təsir radiusu 250 km-ə qədərdir. Halbuki Ermənistanın “S-300 PS” və “S-300 PT” komplekslərində aerodinamik hədəflərin dəf edilməsi baxımından minimal yüksəklik 25 metrdir. Bu obyektlərin maksimal zərbə məsafəsi 75 kilometr, maksimal yüksəkliyi 27 kilometr təşkil edir”, - deyə Ambardzumyan qeyd edib.
Hərbi ekspertin sözlərinə görə, Türkiyə istehsalı olan yeni raketlər ən əlverişsiz landşaftı olan ərazilərin hava məkanında asanlıqla manevr edə bilir. Ermənistanda dağlıq ərazilər geniş yayıldığından bu HHM və RHM sistemlərinin işini əhəmiyyətli dərəcədə çətinləşdirir.
“Dağ fonunda hədəfləri müəyyən etmək son dərəcə çətindir”, - deyə erməni ekspert bildirib.
O əmin edir ki, Ermənistanın arsenalında olan “9K317 Buk-M2” zenit-raket kompleksi belə bu tip raketləri dəf edə bilmir.
Erməni hərbi ekspert onu da qeyd edib ki, Türkiyədə istehsal edilən silahlar NATO standartlarına cavab verməlidir, Azərbaycanda isə başlıca olaraq sovet və Rusiya istehsalı olan qırıcılardan istifadə olunur.
Belə qırıcılarda ikitərəfli ötürücü sistem və ya kodlaşdırılmış radiosiqnal olmur.
Ekspertin fikrincə, belə sistem olmadan “SOM-B1” raketləri faydasızdır. O əmin edir ki, məhz bu səbəbdən Bakı NATO standartları əsasında yığılan “Alenia Aermacchi M-346 Master” təlim təyyarələrini (İtaliyanın) aktiv şəkildə almağa başlayıb.
Hərbi ekspert bildirib ki, hərbi təlim təyinatlı olmasına baxmayaraq bu təyyarələrdən rahat şəkildə hərbi əməliyyat məqsədilə istifadə edib, onunla hədəflərə kasetli hava-yer tipli aviabombalar atmaq olar. Ambardzumyan bu təyyarələrlə “SOM-B1” qanadlı raketlərinin daşına bildiyini də əlavə edib.
Erməni hərbi ekspert iddia edir ki, təyyarələr hərbi-təlim xarakterli olmasına baxmayaraq, Bakı artıq 10 belə təyyarə alıb, sonradan isə daha 15 ədəd almağa qərar verib.
Ekspert onu da qeyd edib ki, Bakı İtaliya təyyarələrinin alışı ilə kifayətlənmək fikrində deyil və Rusiyadan müasir çoxtəyinatlı SU-30 MKA qırıcılarını almağı planlaşdırır. Onun iddiasına görə, Azərbaycan bu təyyarələrin idarəolunması üzrə təlim keçmələri üçün pilotlarını Əlcəzairə göndərib.
“Bu təyyarələr hərbi-texniki xarakteristikasına görə, Yerevanın müqavilə üzrə hələ 2020-ci ildə Rusiyadan alacağı “SU-30 CM” qırıcılarını üstələyir”, - deyə ekspert bildirib.
“Problem ondadır ki, pilotların hazırlığı üçün azı beş il tələb olunur. Hazırda bizim pilotlar belə müasir təyyarələri idarə edə bilmir, çünki buna qədər səs sürətindən aşağı “Su-25” qırıcılarında uçublar”, - deyə hərbi ekspert vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Türkiyədən alınmış “SOM-B1” qanadlı raketlərini ilk dəfə 2018-ci ildə hərbi paradda nümayiş etdirib.


[center]   Ermənistanda Azərbaycanın yeni silahından təşvişə düşüblər

   Ermənistanda Azərbaycanın yeni silahından təşvişə düşüblər

   Ermənistanda Azərbaycanın yeni silahından təşvişə düşüblər

   Ermənistanda Azərbaycanın yeni silahından təşvişə düşüblər

   Ermənistanda Azərbaycanın yeni silahından təşvişə düşüblər

   Ermənistanda Azərbaycanın yeni silahından təşvişə düşüblər



[/center]
banner125x125 banner125x125