» » QƏZƏL

QƏZƏL

Müəllif: Sevinc Novruzova
//
Tarix: 15 may 2014
//
Bölmə: Ədəbiyyat
QƏZƏL




Oldu sərgərdan ürək sevgili-canana görə,
Yenə can üstədi can, can verirəm cana görə.

Dağı dağ üstünə çəkmə sinəmə, insaf elə,
Məni Məcnun eləmə çöllü-biyabana görə.

Ey mənim olmayanım, ömrə tənim olmayanım,
Bizi kim əfv edəcək bir belə nöqsana görə?

Özümü danlamışam, fikrimi sahmanlamışam,
Daha mən anlamışam dərdimi dərmana görə.

Faiq, aldanma səni məhşur edə şah əsərin,
Şah da qurban olur aaa... verdiyi fərmana görə.

Faiq Hüseynbəyli



QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125