» » Hüseyn Arifə həsr olunmuş gecə

Hüseyn Arifə həsr olunmuş gecə

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 fevral 2015
//
Bölmə: Ədəbiyyat
Hüseyn Arifə həsr olunmuş gecə






Hüseyn Arifin qızı Zöhrə xanım məni o tədbirə dəvət edəndə çox böyük qürur hisi keçirdim.Əlbəttə.Hüseyn Arif adlı bir xalq çairinin böyüklüyünü və əlçatmazlığını bütün Azərbaycan bilir.Və ondan hər kəs danıçır.Təkcə danıçmaq yox,onun yaradıcılıq yolunu poeziya aləmindəki məqamını bilməyən və sevməyən məncə tapılmaz.
Böyük Səməd Vurğunun qidalandığı və ilham aldığı,daha sonra bütöv bir millətin gözündə dağlar qədər ucaldığı dövrün arxasınca gələn və qüdrətli ədəbiyyat nəhənglərindən biridi Hüseyn Arif.O yetiçdirdiyi ədəbi nəslin gələcək nəsillərə ən layiqli işıq tutanı kimi də barmaqla göstərilir həmişə.Sözlərinə bəslənən mahnılar dillər əzbəridi yarandığı gündən.Aşıq şeiri üslubunda yazdıgı qoşmaları.gəraylıları öz saflığı və büllurluğuyla seçilib həmişə.Elə ona görə də hər kəsin yaddaşında həmişəlik həkk olub onlar.Ən adlı ustadlar ağır məclislərini Hüseyn Arifin seirləriylə gözəlləşdirib hər zaman.
Dövrünün ən böyük ustadları məclisin istəyiylə və özlərinin də yox çöyürməsilə onun sözlərinigətirib sazın dilinəşAzaflı Mikayıl.Hüseyn Xalaoğlu,aşıq Qedir.Murad Niyazlı,aşıq İmran.aşıq Əmrah.aşıq Kamandar,Ədalət və saymaqla bitməyən bütün el sənətkarları Hüseyn Arif şerlərindən qidalanıb həmişə. İndiki nəsil gənc aşıqlardaustadlarının getdiyi yolu seçir və seçəcək.
Hüeüyn Arif Azərbaycanın ən böyük təbiət şairidir.Bunu ən böyük qələm sahibləri söyləyir.Onun təbiət şeirləriAzərbaycanın gözəlliyini dünyaya poeziynındiliylə daha çox sevdirir vəinnən sonra da sevdirəcək hər zaman.
Sözləri.fikirləri.deyimləri atalar sözü kimi.zərb məsəl kimi,hikmət boxçası kimi yayılıb el arasında.Onun elə beytləri.misraları.bəndləri var ki.hər biri böyük əsər gücündədi.”Torpaqda anasız qalmasın deyə .torppın qoynuna köçür insanlar . Bir gün bu dünyadan köçəsi olsam.tək onda demərəm sən mənimlə get .Qoşqarı çiynində gətirər ellər.ona dərman ücün qar gərək olsa və bu kimionlarla.yüzlərlə fikir süzgəcinnən keçərək bəşəriləşən düşüncə məhsulları innən sonrakı bütün zamanlarda insanların mənəvi düşüncələrinə bir örnək olaraq həkk olacaq və onların təfəkkür nurunu aydınlığa qovuşduracaqdır.Hüseyn Arif poeziya aləmində etnik şeirin-poema anrınıda cox kəhkəşanınıda daha da genişləndirmişdir.Bunlara nümunə Yolda poemasinı və Dilqəm poema dastanını misal gətirsək kifayət edər.
Bunlardan əlavə Hüseyn Arif elmi axtarışlara imza atmış bir bıyük sənət xiridarıdı.Aşıq Alı və Dilqəm sorağıyla hec kəsin demədiklərini tapıb yazıya alıb.
Bütün Azərbaycanı Göyçə mahalını.Borçalını..Türkiyəni qarış-qarış gəzib dolaşan ustad şair çox-çox yaddaşlarda mürgüləyən söz incilərini üzərə çıxarıb.Azərbaycan Aşıqlar Birliyinin ilk yaradıcısı və rəhbəri kimi də nə qədər yaddan çıxmış saz-aöz ustalarının izinə düşmüş.onlara yiyəlik etmişdir.
Qələm tutan barmaqları gözəl saz havaları da çalıb Hüseyn Arifin.Yaradıcılığı hələ də lazımınca təhlil olunmayıb.Vaxtaşırı adının hallanması .qədirbilən insanlarımızın ona böyük sayğının nəticəsidir.2014-cü ilin payızında Bakıda və Qazaxda anadan olmasının 90-illiyini böyük təntənə ilə qeyd olundu.Orda elm adamları.sairlər.aşıqlar.incəsənət nümayəndələri ustadı ürekdolusu yad elədilər.
O gözəl anları ürəknən yaşayanlar arasında bizdə vardıq.Əlbəttə ki böyük sairin dəyərləri bununla bitmir.O.həmişə anılır.həmişə xatırlanır.Hüseyn Arifin adınınvaxtaşırı anılması indidə var vəbundan sonrada olacaq.Belə tədbirlərdən biridə bu yaxınlarda baş tutdu.
Xalq şairi Hüseyn Arifin 90-illiyinə həsr olunmuş gecəkeçirildi.Keçirilən tədbirə mən də dəvət almışdım.
Gecə Bakıxanov qəsəbəsi 12 saylı liseydə baş tutdu.Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin teşkilatçılığıyla keçirilən həmin tədbirdə bu böyük ustadın ömür yolu bir daha varaqlandı.Cox maraqlı və yaddaqalan bu tədbirdə tanınmış sairlərdən İlyas Tapdıq.Eyvaz Borçalı,Hacı Loğman. müğənni Eldar Ələkbərov.Sahib İbrahimov.aşıq Nurəddin və başqaları cox yaddaqalan çıxışlarıyla daha da rəngarəng olmasına nail oldular.Tətbirdə Güllü Eldarqızı Hüseyn Arifə həsr elədiyi seirlərini söylədi.
Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq evinin direktoru Məhəmməd Novruzovun rəhbərliyi ilə belə tədbirlər tez-tez baş tutur.respublika səviyyəli müsabiqələr keçirilir.sair və ədiblərlə .aktyorlarla.teatr xadimləri ilə görüşlər olur.Bu tədbirlər istedadlı tələbə və gəncləri vaxtında üzərə cıxarmaq ücündür.
Təlimatçı-metodiki şöbənin müdiri .elə həmən tədbirin təşkilatçısı və senari müəllifi Sona Vəliyeva cıxışınada tədbir istirakcılarına minnətdarlığını bildirdi.Tələbələrdən Elvin Məmmədov.Minə Nəbiyeva.Leyla Məmmədov.Nazpəri Məsimova.Toğrul Cəlilov Hüseyn Arifin seirlərini söylədilər.İsmayıl İsmayılzadə.Elvin Məmmədov.Aytəc Quluzadə .Nərmin Məmmədova sairin sözlərinə bəslənmiş mahnılar ifa etdilər.
Tədbirin sonunda cıxış eləyən Hüseyn Arifin qızı Zöhrə xanım atasşna verilən bu böyük dəyərə görə Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəhbərliyinə və kollektivinə.bütün tədbir istirakcılarına öz minnətdarlığını bildirdi.



Gullu Tomarova




QafqazPRESS.az
banner125x125 banner125x125